AHİK “Heydər Əliyev İli” çərçivəsində gənclərin iştirakı ilə konfrans keçirib
Sentyabrın 7-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycan gəncliyinin formalaşmasında və inkişafında Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib.Xaçmaz rayonunun Nabran kəndində yerləşən “Təhsil” istirahət mərkəzinin konfrans zalında təşkil olunan tədbirdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov, Konfederasiyanın əməkdaşları, ölkəmizin ali təhsil müəssisələrinin tələbələri və fəal gənclər iştirak ediblər.Öncə Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndər Heydər Əliyev başda olmaqla Vətənimizin azadlığı və müdafiəsi uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.İştirakçıları salamlayan AHİK sədri Səttar Möhbalıyev Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu dövlətimizin gənclər siyasətindən danışıb, onun həm sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə, həm də müasir müstəqil Azərbaycanın Prezidenti olarkən gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs edib: “Heydər Əliyev Azərbaycan dövlətini yaratdı və bu gün siz gənclər həmin dövlətin xoşbəxt vətəndaşlarısınız. Ulu Öndər bu dövləti Sizin üçün qurdu, bu yolda bütün mənalı ömrünü xərclədi və yalnız xalqı, Vətəni, banisi olduğu dövləti üçün yaşadı. Heydər Əliyev sovet Azərbaycanın rəhbərliyinə gələrkən ölkəmiz ittifaq səviyyəsində geri qalan respublikalardan biri idi. Onun müdrik rəhbərliyi Azərbaycanın böyük sosial-iqtisadi inkişafına yol açdı, respublikamız iri sənaye ölkəsinə çevrildi”.“Gənclərimiz də hər zaman Ulu Öndərin diqqət və qayğısı ilə əhatə olunmuşdu. Biz həmin vaxtın gəncləri olaraq bunu öz həyatımızda hiss edirdik. O çalışırdı ki, azərbaycanlı gənclər elmli olsun, müasir biliklərə yiyələnsinlər. Xarici Dillər İnstitutu, İnşaat Mühəndisləri İnstitutu, Naxçıvan Pedaqoji İnstitutu, Qarabağda Pedaqoji İnstitut Heydər Əliyevin təşəbbüsü ilə həmin dövrdə yaradıldı. Şəxsən onun təşəbbüsü ilə SSRİ-nin Moskva, Leninqrad, Kiyev və başqa ali məktəblərində oxumağa göndərilən tələbələrin sayı hər il artırdı. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması barədə təşəbbüsü isə onun polad iradəsini bir daha göstərdi”, – Səttar Möhbalıyev deyib.Onun sözlərinə görə, müdrik xalqımız Heydər Əliyevin qurucu, yaradıcı, təşəbbüskar ruhuna, Vətəninə olan sonsuz məhəbbətinə, qətiyyətli, qorxmaz iradəsinə ötən əsrin 70-ci illərindən yaxşı bələd idi: “Məhz bu səbəbdən idi ki, 90-cı illərin əvvəllərində düşdüyü ağır böhrandan çıxmaq üçün xalqımız Heydər Əliyevi hakimiyyətə gətirdi. Nəticə isə bu gün ortadadır. Bütün sahələrdə dinamik inkişaf edən, regionun lideri, dünyada böyük söz sahibi olan qalib Azərbaycan. Heydər Əliyevin müəyyən etdiyi dövlətimizin Gənclər Siyasəti sağlam ruhlu, sağlam düşüncəli, Vətəninə və dövlətinə sadiq, mənəviyyatca zəngin gənclərin yetişməsinə mühüm zəmin yaradıb”.AHİK sədri vurğulayıb ki, 2003-cü ildən başlayaraq dövlətimizin başçısı cənab İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirib: “Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu gənclərin istedadının üzə çıxarılması istiqamətində fəal iş aparır. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır”.10.jpg 71.67 KB9.jpg 51.6 KB8.jpg 75.94 KB7.jpg 67.62 KB6.jpg 51.11 KB5-2.jpg 68.04 KB4-1.jpg 60.04 KB3-2.jpg 98.65 KB2-2.jpg 136.83 KB1-5.jpg 86.31 KB
08.09.2023
ADNSU-da Ulu öndərin 100 illiyinə həsr olunmuş tədbir keçirilib
İyulun 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Xalqa bağışlanmış ömür" adlı tədbir keçirilib.Tədbirdə ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov Ulu öndərin fəaliyyəti haqqında çıxış edib. Daha sonra Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva, Yeni Azərbaycan Partiyasının Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov çıxış edib.Sonda YAP Nəsimi Rayon Təşkilatının səmərəli fəaliyyətinə görə Rəşid Əliyev, Əliş Şirinov, Sənan Hüseynov, Məhəmməd Şiraliyev və Nərmin Hüseynova təşəkkürnamə və mükafatlarla təltif olunub.868cf15fcbf02dc901b2a740fed833d8.jpg 174.03 KB38e53b3fc77b98297bffc64a17fffbeb.jpg 212.46 KB256d8f8420e37260b49048710889e5c8.jpg 200.68 KB581c73470ffe362d6dedd8ed602bcf58.jpg 176.74 KB407b3a82eed9640e31dd563b805f8cfb.jpg 207.17 KB9d959c0b689faf0b2347c59672cebf0c.jpg 206.1 KBd070132d74a0b87b767e21b267b558c9.jpg 187.99 KB403c811502f237f9017699179b16ba14.jpg 227.45 KB
15.07.2023
ADNSU THİK-in məzun tələbələri mükafatlandırılıb
14 iyul tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) fəal tələbələrinin mükafatlandırılması mərasimi keçirilmişdir.Tədbiri çıxış sözü ilə açan ADNSU THİK-in sədri Namiq Gəncəyev ilk öncə tələbələri salamlayıb, 2022-2023-cü tədris ili ərzində keçirilən tədbirlər, qazanılan uğurlar barəsində tədbir iştirakçılarını məlumatlandırıb.Daha sonra universitetin təlim-tərbiyə işləri üzrə prorektoru Ata Babayev də tələbələri təbrik edib, qarşıya qoyulan məqsədlərdən danışıb.Rəsmi hissədən sonra Neft-mexanika fakültə sədri Şiraliyev Məhəmməd, Energetika fakültə sədri Şirinov Əliş, İnformasiya texnologiyaları və idarəetmə fakültə sədri Əliyev Rəşid, İqtisadiyyat və menecment fakültə sədri Əliyev Tural, SABAH qrupları THİK sədri Kərimov Vüsal və rəqs ansamblı üzvü Mustafazadə Nərmin təltif olunub.Təltif olunan tələbələrə göstərdikləri fəaliyyətə görə ADNSU THİK adından təşəkkür edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirik.a1205775900f5253e38fa02f2d0bac6c.jpg 74.14 KB55fa966ed191aa6c53a8829049102243.jpg 168.79 KB67bc168f49b5b094387e8a6e5c0f80b3.jpg 186.28 KBf3d4178f6093d30804fb44796cb4a995.jpg 203.32 KB903ccb410e1d7db42730097373381c59.jpg 106.53 KB311196403ce87037d46c1bb40918aa33.jpg 52.21 KBbd446af0ab2eb0e1a349cc096c79f82d.jpg 44.15 KB2beaa7af1a0f51e11977a107f2d91b29.jpg 53.3 KBe90501b9a4387f0dc2529bdae60ee4ed.jpg 53.88 KB311196403ce87037d46c1bb40918aa33.jpg 52.21 KB36fa2aad51084d24c26ca314e609ff0c.jpg 167.57 KB4f6f47a7a329b6e28499edada8498c3d.jpg 123.71 KB38201d329b9506d9c59b56fcc7c3db28.jpg 118.02 KB
14.07.2023
ATİAHİ Respublika Komitəsinin nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
İyunun 6-dan 11-dək Qazaxıstanın Astana şəhərində Təhsil İşçilərininBeynəlxalq Konfransı keçirilib.Konfransda Azərbaycan, Belarus, Rusiya, Qırğızıstan və Tacikistanın təhsil işçiləri iştirak ediblər. Müasir dövrdə təhsilin vəziyyəti, bu sahədə tətbiq olunan yeniliklər, movcud təhsil sistemlərinin yeni çağırışlara uyğunluğu və digər məsələlər tədbirdə müzakirə mövzusu olub.Ölkəmizi konfransda ATİAHİ Xətai rayon komitəsinin sədri Maisə Hacıyeva və Qaradağ rayon komitəsinin sədri Zümrüd Rzayeva təmsil edib. Hər iki iştirakçı tədbirdə çıxış edib, ölkəmizin təhsil sistemindən, bu sahəyə olan dövlətin diqqət və qayğısından, azərbaycanlı gənclərin uğurlu göstəricilərindən danışıblar. Onlar həmçinin aparılan müzakirələrdə fikirlərini bölüşüblər.IMG-20230611-WA0028.jpg 147.97 KBIMG-20230611-WA0026.jpg 133.63 KBIMG-20230611-WA0025.jpg 85.66 KB
21.06.2023
Bizimlə əlaqə
+994 12 493 54 57
adnsu-thik@atiahi.org
Azərbaycan, Bakı şəhəri, Azadlıq prospekti 16/21 (ADNSU, əsas tədris binası)