Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi 1920-ci ildə yaradılmışdır.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Rəyasət Heyəti 17 nəfərdən, o cümlədən, sədr və müvafiq olaraq 7 fakültə sədrindən ibarətdir. Universitetdə təhsil alan bütün tələbələr THİK-in üzvüdür.