Bakı şəhərində “Heydər Əliyev İli” ilə bağlı regional konfrans keçirilib

Bakı şəhərində “Heydər Əliyev İli” ilə bağlı regional konfrans keçirilib

Bakı şəhərində “Heydər Əliyev İli” ilə bağlı regional konfrans keçirilib. ATİAHİ Respublika Komitəsinin təşkilatçılığı, ATİAHİ Nəsimi rayon komitəsinin ev sahibliyi ilə Bakı şəhəri 266 saylı tam orta məktəbdə təşkil edilən konfrans “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusuna həsr olunub. Tədbirdə ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, ATİAHİ Nəsimi, Qaradağ, Səbail, Yasamal, Binəqədi, Nizami, Sabunçu, Xətai, Suraxanı, Xəzər, Pirallahı, Nərimanov rayon komitələrinin sədrləri və həmkarlar ittifaqı fəalları iştirak edib. Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhunun yad edilməsi ilə başlanan konfransda Ümummilli lider Heydər Əliyevlə bağlı video çarxın nümayiş etdirilib. Konfransda ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, ATİAHİ Nəsimi rayon komitəsinin baş mütəxəssisi Yeganə Rəhimova, 211 №-li tam orta məktəbin müəllimi, ATİAHİ Nəsimi rayon komitəsinin Təftiş Komissiyasının üzvü Afaq Hacıyeva, ATİAHİ Nizami rayon komitəsinin sədri Sübut Əsədov, ATİAHİ Xəzər rayon komitəsinin sədri Həzərxan Əbilov və başqaları çıxış edib. Çıxış edənlər Ulu Öndərin Azərbaycanın müstəqilliyinin əldə olunması, qorunub saxlanması, ölkədə bütün sahələrin, o cümlədən həmkarlar ittifaqları sahəsinin inkişafında əvəzsiz xidmətlərindən danışıblar. 

05.06.2023

Sumqayıt şəhərində “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda regional konfrans keçirilib

Sumqayıt şəhərində “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda regional konfrans keçirilib

Sumqayıt şəhərində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə  “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda regional konfrans keçirilib. Konfransda ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, ATİAHİ-nin Sumqayıt şəhər, Abşeron, Xızı, Qubadlı, Laçın, Zəngilan rayon komitələrinin sədrləri və həmkarlar ittifaqı fəalları iştirak edib. İclasda çıxış edən ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə  bildirib ki, Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Bununla əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzvü olan sahə həmkarlar ittifaqları da müvafiq tədbirlər planı tərtib etmiş və həyata keçirirlər. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi də “Heydər Əliyev İli” ilə bağlı tədbirlərin keçirilməsinə başlayıb. Zona konfransı da Respublika Komitəsinin silsilə tədbirlərindən biridir.  Sonra M.Cəfərzadə Azərbaycanda həmkarlar ittifaqlarının inkişafında ümummilli lider Heydər Əliyevin rolundan danışıb. Qeyd edib ki, Azərbaycanda bütün sahələrin, o cümlədən də həmkarlar ittifaqları institutunun davamlı inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün, Heydər Əliyevin bu sahədə olan ideyaları onun mənəvi-siyasi irsinin ən layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Konfransda çıxış edən Abşeron rayon komitəsinin sədri Vahid Əliyev, Sumqayıt şəhər komitəsinin sədri Xudaverdi Əliyev və başqaları ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışıblar. Qeyd olunub  ki, Azərbaycanda bütün sahələrin, o cümlədən də həmkarlar ittifaqları institutunun davamlı inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün, Heydər Əliyevin bu sahədə olan ideyaları onun mənəvi-siyasi irsinin ən layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.IMG_0004.JPG 1.46 MBIMG_0005.JPG 1.5 MBIMG_0006.JPG 1.29 MB

20.05.2023

ADNSU-da “Milli Enerji strategiyasının yaradıcısı” adlı tədbir keçirilib

ADNSU-da “Milli Enerji strategiyasının yaradıcısı” adlı tədbir keçirilib

Mayın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Energetika fakültəsi (EF) və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Milli enerji strategiyasının yaradıcısı” adlı tədbir keçirilib.Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın energetika sahəsinə verdiyi tövfələrdən bəhs edən “Heydər Əliyev və Azərbaycan Energetikası” adlı qısametrajlı film nümayiş olunub.Sonra tələbə Ruhəngiz İsayeva “Əsrin Adamı və Əsrin Müqaviləsi” mövzusunda geniş təqdimatla çıxış edib.     Energetika fakültəsinin dekanı, dosent Aydın Əliyev “Heydər Əliyev və Azərbaycan Elektroenergetikası”mövzusunda çıxış edib. Ulu öndərin əsasını qoyduğu enerji strategiyasının əsas istiqamətlərindən söz açan A.Əliyev enerji siyasətinin Azərbaycanın regiondakı strateji mövqeyini daha da gücləndirdiyini və ölkənin son illərdə regional və qlobal müstəvidə qazandığı uğurlarda enerji diplomatiyasının mühüm rolu olduğunu qeyd edib.8a45dc13a2af7074d81977e2832fcf68.jpg 166.92 KB3f09ca2d062203d7ff7c21c82f1b6465.jpg 169.97 KB9c01e3d29064f3a2863567e9a935d4f2.jpg 161.91 KBe4a43634caf6ede63ba55fb900a42190.jpg 297.03 KB

15.05.2023

Bərdə şəhərində “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda regional konfrans keçirib

Bərdə şəhərində “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda regional konfrans keçirib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda növbəti regional konfransını Bərdə rayonunda keçirib. Qarabağ Regional Təhsil İdarəsində keçirilən tədbirdə ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov, ATİAHİ-nin Bərdə, Beyləqan, Saatlı, Beyləqan, Ağcabədi, Cəbrayıl, Füzuli, Xocavənd, Ağdam, Yevlax rayon komitələrinin sədrləri iştirak edib. Konfrans iştirakçıları əvvəlcə Bərdə rayon Heydər Əliyev Mərkəzinin qarşısında ümummilli lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyublar. Sonra iştirakçılar Qarabağ Regional Təhsil İdarəsinin qarşısında regionun təhsil müəssisələrinin şagirdlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Konfrans Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu Öndərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.  İclasda ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov, ATİAHİ Ağdam rayon komitəsinin sədri Xalidə Həsənova və başqaları çıxış edərək ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışıblar. Qeyd olunub  ki, Azərbaycanda bütün sahələrin, o cümlədən də həmkarlar ittifaqları institutunun davamlı inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün, Heydər Əliyevin bu sahədə olan ideyaları onun mənəvi-siyasi irsinin ən layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. IMG_9989.JPG 1.23 MBIMG_9983.JPG 1.31 MBIMG_0003.JPG 1.3 MBIMG_0004.JPG 1.24 MBIMG_0007.JPG 1.35 MBIMG_0010.JPG 1.2 MBIMG_9978.JPG 1.4 MB

12.05.2023

AHİK rəhbərliyi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

AHİK rəhbərliyi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Mayın 10-da – dövlətimizin qurucusu və banisi, xalqımızın xilaskar oğlu Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü günündə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, AHİK-in rəhbərliyi və kollektivi, həmçinin üzv təşkilatların sədrləri və əməkdaşları Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət ediblər.Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil qoyulub, xatirəsi ehtiramla yad edilib.Sonra Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi yad edilərək məzarı üzərinə gül dəstələri düzülüb.Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri qoyulub.6-7.jpg 515.11 KB3-11.jpg 504.4 KB5-7.jpg 518.25 KB

10.05.2023

ADNSU-nun idman kompleksində futzal çempionatının mükafatlandırılma mərasimi keçirilib

ADNSU-nun idman kompleksində futzal çempionatının mükafatlandırılma mərasimi keçirilib

8 may tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə keçirilən və ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş futzal çempionatı qaliblərinin mükafatlandırma mərasimi keçirilib.Mükafatlandırma mərasimində ADNSU THİK sədri Namiq Gəncəyev, ADNSU idman klub sədri Sahəddin Əhmədov iştirak edib.ADNSU THİK sədri Namiq Gəncəyev ilk öncə qalib komandaları təbrik edib, daha sonra universitetimizin futzal komandasının uğurlarından bəhs edib və qarşıda duran məsələləri vurğulayıb.ADNSU idman klubu sədri Sahəddin Əhmədov da çıxışında komandaları qazandıqları qələbə münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.Daha sonra qalib komandalar və təşkilatçılar müvafiq olaraq diplom, sertifikat, təşəkkürnamə, medal və kubokla təltif ediliblər.Qeyd edək ki, 25 aprel tarixindən 82 komanda ilə start götürən çempionat 4 mərhələli şəkildə davam etmişdir.IMG_3926.JPG 6.16 MBIMG_3927.JPG 6.66 MBIMG_3931.JPG 5.23 MBIMG_3951.JPG 5.82 MBIMG_3953.JPG 5.46 MBIMG_3960.JPG 5.53 MBIMG_3961.JPG 5.52 MBIMG_3963.JPG 5.98 MBIMG_3974.JPG 5.57 MBIMG_3978.JPG 5.01 MBIMG_3980.JPG 6.5 MB

09.05.2023

ADNSU-da “Nə? Harada? Nə zaman?” sinxron liqasının qaliblərinin mükafatlandırma mərasimi keçirilib

ADNSU-da “Nə? Harada? Nə zaman?” sinxron liqasının qaliblərinin mükafatlandırma mərasimi keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə həyata keçirilən və "Heydər Əliyevin 100 illiyi"-i tədbirlər planına daxil olan ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş universitetdaxili “Nə? Harada? Nə zaman?” sinxron liqasının qaliblərinin mükafatlandırma mərasimi keçirilib.Tədbiri açılış nitqi ilə açan ADNSU THİK sədri Namiq Gəncəyev ilk öncə sinxron liqada yer tutan tələbələri təbrik edib, daha sonra universitetimizdə bu sahə yönümlü görülən işlərə diqqət çəkib. Namiq Gəncəyev THİK-in və universitetin intellektual oyunlarla bağlı qarşıda duran planlarını tələbələrlə müzakirə edib, onların fikirlərin, təkliflərin dinləyib.Sonda qalib tələbələr təşəkkürnamə, medal və kubokla təltif olunub.IMG_3862.JPG 5.65 MBIMG_3854.JPG 5.43 MBIMG_3882.JPG 4.78 MBIMG_3885.JPG 4.97 MB

08.05.2023

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan müsabiqə-festivalın yekun konserti keçirilib

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan müsabiqə-festivalın yekun konserti keçirilib

Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) birgə qərarı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilmiş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib.Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, ali təhsil müəssisələrinin rəhbərləri, tələbələr və digər qonaqlar iştirak ediblər.Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.Tədbirdə Ulu Öndər Heydər Əliyevin ötən əsrin 70-ci illərində respublikamızın həyatında gördüyü misilsiz işlərdən, o cümlədən kənd təsərüffat və sənaye sahəsinin inkişafında xidmətlərindən, elm və təhsilə olan diqqətindən, azərbaycanlı tələbələrin ittifaqının nüfuzlu ali təhsil müəssisələrinə oxumaq üçün göndərilməsindən, Bakıda hərbi liseyin açılmasından, ədəbiyyat və incəsənət xadimlərinə qayğısından, eləcə də müstəqil yaşamağı bacaran Azərbaycanı formalaşdırmasından danışılıb. Həmçinin Ümummilli Liderin müasir müstəqil Azərbaycanı qurmasından, xilaskarlıq missiyasından, dövlət quruculuğu strategiyasından, onun müəllifi olduğu siyasi kursun dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurlu davamı və bugünkü parlaq nəticələrindən bəhs olunub.Ardınca konsertdə ali təhsil müəssəsələrinin tələbələrinin ifasında müxtəlif musiqi və rəqs nömrələri, şerlər səsləndirilib.Müsabiqə-festivalda respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinin (musiqi təmayüllü ali təhsil müəssisələri istisna edilməklə) əyani şöbələrində təhsil alan tələbələrdən ibarət özfəaliyyət yaradıcılıq kollektivləri, dərnək və studiyaları, onlardakı solo ifaçılar, həvəskar müğənni, rəqqaslar, bədii qiraətçi, musiqiçilər, həmçinin orkestr və ansambllar (xor, xalq çalğı alətləri, estrada, vokal-instrumental, simli alətlər, aşıqlar və s.), rəqs kollektivləri (milli, müasir, bal və s.), solo ifaçılar (bədii qiraətçilər, müxtəlif musiqi alətlərində ifa edən fərdi ifaçılar, solo ifaçılar və s.) iştirak ediblər. Bədii yaradıcılıq müsabiqə-festivalına ümumilikdə respublika üzrə 25 ali təhsil müəssisəsi qatılıb.Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə təşkil olunan bədii yaradıcılıq festivalı 2004-cü ildən başlayaraq hər il keçirilir. Layihənin məqsədi tələbələri milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltməkdir. Festival həmçinin tələbələrin mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərmək, incəsənət və mədəniyyətimizin ayrı-ayrı sənət növləri üzrə istedadlı gənclərin üzə çıxarılması, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək məqsədi daşıyır. Eyni zamanda festivalın keçirilməsi tələbə həmkarlar ittifaqı komitələrinin tələbələrin asudə vaxtlarının səmərəli və mənalı təşkilində, tələbə gənclərin cəmiyyət tərəfindən qəbul edilməyən mənfi hallara meylinin qarşısını almağa yönəldilib.9-1.jpg 119.33 KB8-2.jpg 141.47 KB7-3.jpg 152.28 KB6-5.jpg 150.97 KB4-5.jpg 173.72 KB3-5.jpg 168.64 KB2-5.jpg 109.11 KB1-6.jpg 223.58 KB

07.05.2023

ADNSU-da ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Brain ring” çempionatının qalibləri müəyyən olunub

ADNSU-da ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Brain ring” çempionatının qalibləri müəyyən olunub

Mayın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Brain ring” intellektual yarışı keçirilib. Yarışda universitetin bütün fakültələrinin, o cümlədən BBA(MBA,ZU) proqramları, SABAH qrupları və UFAZ tələbələri iştirak ediblər.Bir gün ərzində gərgin keçən bilik mübarizəsində ADNSU-nun İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsi birinci, UFAZ ikinci və İqtisadiyyat və Menecment fakültəsinin komandası isə üçüncü yeri qazanıblar. Qaliblər medal, Fəxri Fərman və kuboklarla mükafatlandırılıblar. Qalib komandanın üzvlərinə həmçinin kitablar hədiyyə edilib. fccc974751f13e7b93310eba737c2fa8.jpg 249.35 KB00eab148523b542c577056ab68c534cd.jpg 370.31 KB1e83d9a90da114bb547eacd06cd177e4.jpg 387.69 KB82116476c2cf92afe055ea159a10de11.jpg 302.94 KBcd893343228cd105a8c93394d1549435.jpg 289.51 KB219c61325b4e9155f72cad10dcc73c30.jpg 284.83 KB4b82ff9864d0b21abcc10a5895ea8a86.jpg 421.77 KB546a54347f90f38a7a263f551e7c6c4a.jpg 409.1 KB

05.05.2023

Quba şəhərində “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda regional konfrans keçirib

Quba şəhərində “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda regional konfrans keçirib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Quba şəhərində “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda regional konfrans keçirib. “Heydər Əliyev ili”nə həsr olunuş konfransda ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, ATİAHİ-nin Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayon komitələrinin sədrləri, həmkarlar ittifaqı fəalları iştirak edib. Konfrans Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu Öndərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak omuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.   İclasda çıxış edən ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə  bildirib ki, Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Bununla əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzvü olan sahə həmkarlar ittifaqları da müvafiq tədbirlər planı tərtib etmiş və həyata keçirirlər. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi də “Heydər Əliyev İli” ilə bağlı tədbirlərin keçirilməsinə başlayıb. Zona konfransı da Respublika Komitəsinin silsilə tədbirlərindən biridir.   Sonra M.Cəfərzadə Azərbaycanda həmkarlar ittifaqlarının inkişafında ümummilli lider Heydər Əliyevin rolundan danışıb. Qeyd edib ki, Azərbaycanda bütün sahələrin, o cümlədən də həmkarlar ittifaqları institutunun davamlı inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün, Heydər Əliyevin bu sahədə olan ideyaları onun mənəvi-siyasi irsinin ən layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  Daha sonra konfransda Quba rayon Xucbala kənd tam orta məktəbin tarix müəllimi Ayişə Şabutova, Qusar rayon Müəllimlər Evinin direktoru Həsənov Robert, Quba şəhər Texniki Təmayüllü liseyin tarix müəllimi Elxan Məmmədov, Qaraçay kənd tam orta məktəbin tarix müəllimi Bariz Allahverdiyev, Quba-Xaçmaz RTİ-nin Quba sektorunun tarix fənni üzrə metodisti Mənsur İlyasov çıxış edərək mövzu ilə bağlı məruzə ediblər. Tədbirin sonunda şagirdlərin ifasında şeirlər, mahnılar dinlənilib.  IMG_9900.JPG 1.67 MBIMG_9943.JPG 1.59 MB

01.05.2023

AHİK tərəfindən 2022-ci ilin ən yaxşı müəssisələri mükafatlandırılıb

AHİK tərəfindən 2022-ci ilin ən yaxşı müəssisələri mükafatlandırılıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2022-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən müəyyən olunmuş 2023-ci ildə Ümumdünya Əməyin Mühafizəsi Günü – “Əmək sferasında sağlam və təhlükəsiz əmək şəraiti əsas prinsip və hüquq kimi” devizi altında baş tutan tədbirdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov, BƏT-nin Azərbaycan üzrə əlaqələndiricisi Yaşar Həzəyev, AHİK-in üzv və tabe təşkilatlarının sədrləri, müsabiqədə qalib olmuş müəssisələrin rəhbərləri, KİV nümayəndələri və digər şəxslər iştirak ediblər.Tədbirdə çıxış edən Səttar Möhbalıyev öncə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, dövlət quruculuğu siyasətindən, xilaskarlıq missiyasından, həmçinin dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi nailiyyətlərdən, iqtisadi qüdrətindən, uğurlu beynəlxalq siyasətindən danışıb. Sonra AHİK sədri bildirib ki, 2022-ci il ərzində həmkarlar ittifaqlarının texniki əmək müfəttişləri əməyin mühafizəsi üzrə ictimai müvəkkillərlə birlikdə 313 müəssisə və təşkilatda ictimai müayinə həyata keçirib, 1212 pozuntu aşkar edib, onların 89 %-nin aradan qaldırılmasına nail olunub: “Nəticədə 39 texnoloji avadanlıq və dəzgah təhlükəsizlik norma və qaydalarına uyğun vəziyyətə gətirilib, 251 nəfərin iş şəraiti yaxşılaşdırılıb. Həmkarlar ittifaqlarının xidmət dairəsinə daxil olan müəssisələrdə il ərzində xəsarət alanların sayı 31% azalaraq 126 nəfərdən 88 nəfərədək enib, bədbəxt hadisədən ölənlərin sayı isə 17 nəfərdən 18 nəfərədək artıb. Əməyin mühafizəsinə dair tədbirlərin həyata keçirilməsinə ayrılan vəsaitin düzgün və məqsədyönlü xərclənməsinə sahə həmkarlar ittifaqı komitələrinin texniki əmək müfəttişləri və əməyin mühafizəsi komissiyaları tərəfindən həyata keçirilən ictimai nəzarət sayəsində 349 tədbir keçirilib, attestasiya olunmuş iş yerlərinin sayı 90 %-ə, tibbi müayinədən keçirilən işçilərin sayı isə 92 %-ə çatdırılıb. Əməyin mühafizəsi sahəsində təbliğat işinin daha yaxşı təşkil edilməsi məqsədi ilə yeni 7 əməyin mühafizəsi kabineti və 73 güşə yaradılıb, bununla da kabinetlərin sayı 37-ə, guşələrin sayı isə 710-a çatdırılıb. Bütün bu tədbirlərin keçirilməsinə baxmayaraq, müəssisələrdə əməyin mühafizəsinə ayrılan maliyyə vəsaiti əvvəlki müvafiq dövrlə müqayisədə 9.5 %, hər işçiyə görə isə 11.3 % azalıb”.Səttar Möhbalıyev deyib ki, BƏT-nin məlumatına görə, hər il istehsalatda 2 – 2,3 milyon insan həyatını itirir. Onlardan 300 000 nəfəri istehsalat xəsarətləri nəticəsində, 1,7 – 2 milyon nəfəri isə müxtəlif peşə xəstəliklərdən ölür.Onun sözlərinə görə, müasir standartların tələbinə uyğun gəlməyən, tətbiq olunan texnoloji proseslərdə heç bir qayda və təlimatlara cavab verməyən iş yerləri hələ də mövcuddur. Qarşımıza qoyduğumuz hədəflərdən biri də, məhz bu müəssisələrdə normalara uyğun iş yerləri yaratmaqdır.Digər çıxış edənlər Azərbaycanın iqtisadi göstəricilərindən, bütün sahələrdə qaznılmış nailiyyətlərdən, ölkəmizdə əməyin mühafizəsi, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması istiqamətində görülən işlərdən, bədbəxt hadisələrin, istehsalat zədələrinin, peşə xəstəliklərinin qarşısının alınması məqsədilə müvafiq qurumların, o cümlədən həmkarlar ittifaqlarının atdığı addımlardan bəhs ediblər.Sonra müsabiqənin qalibi olmuş 23 sahə üzrə həmkarlar ittifaqını təmsil edən 48 müəssisəyə diplomlar və hədiyyələr təqdim olunub.Məlumat üçün əlavə edək ki, 2022-ci ildə “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə əlaqədar AHİK-in müsabiqə komissiyasına müsabiqədə iştirak etmiş 2150-dən artıq müəssisə, təşkilat, sex və sahədən yalnız 48 ən yaxşı müəssisənin sənədi daxil olub. Həmin 48 qurunun yüksək göstəriciləri müəyyənləşdirilərək İcraiyyə Komitəsinin müzakirəsinə verilib və onlar yekdilliklə qalib elan ediliblər.Qeyd edək ki, “Sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasında ilin ən yaxşı müəssisəsi (təşkilatı)” adı uğrunda müsabiqə AHİK-in təşəbbüsü ilə 2009-cu ildən hər il keçirilir. Müsabiqənin məqsədi işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, bu sahəyə cavabdeh olan şəxslərin məsuliyyətinin artırılması, həmçinin işəgötürənlərin əməyin mühafizəsi məsələlərinə daha diqqətlə yanaşmasına nail olmaqdır. Ötən dövr ərzində müsabiqəyə 22 000-dən çox müəssisə və təşkilat qatılıb, onlardan 530-u qalib elan olunaraq fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.

29.04.2023

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş futzal çempionatının püşkatma mərasimi keçirilib

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş futzal çempionatının püşkatma mərasimi keçirilib

Aprelin 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə keçiriləcək və "Heydər Əliyevin 100 illiyi"-i tədbirlər planına daxil olan Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş futzal çempionatının püşkatma mərasimi keçirilib. Tədbir zamanı tələbələrin sualları cavablandırılıb, çempionat barədə ümumi məlumat verilib.Qeyd edək ki, çempionat 25 aprel tarixindən 82 komanda ilə start götürəcək.IMG_3817.JPG 6.29 MBIMG_3822.JPG 5.93 MBIMG_3825.JPG 6.23 MB

21.04.2023

ADNSU-da əlaçı tələbələrə ATİAHİ RK-nın adlı təqaüdü təqdim edilib

ADNSU-da əlaçı tələbələrə ATİAHİ RK-nın adlı təqaüdü təqdim edilib

Aprelin 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2022-2023-cü tədris ilinin yekunlarına dair əlaçı tələbələrə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) adlı təqaüdünün təqdim edilmə mərasimi keçirilib.Tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) sədri Namiq Gəncəyev və tələbələr iştirak ediblər.ADNSU THİK sədri Namiq Gəncəyev tədbirdə çıxış edərək Azərbaycanda həyata keçirilən gənclər siyasətindən bəhs edib: “Əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan dövlətimizin gənclər siyasəti onun müzəffər davamçısı cənab İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən bu gün uğurla davam etdirilir.Sonda qış imtahan sessiyasının nəticələrinə görə əlaçı olan tələbələrə Komitənin adlı təqaüdün təqdim edilmə mərasimi başlayıb.IMG_3792.JPG 4.86 MBIMG_3795.JPG 5.16 MBIMG_3796.JPG 4.58 MBIMG_3798.JPG 4.27 MB

19.04.2023

ADNSU-da “Sağlam düşüncə sağlam gənclik” layihəsi çərçivəsində seminar keçirilib

ADNSU-da “Sağlam düşüncə sağlam gənclik” layihəsi çərçivəsində seminar keçirilib

Aprelin 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) və "Qeyd - Sosial Maarifləndirmə" İctimai Birliyinin təşkilatçılığı ilə “Sən dəyiş, dünyan dəyişsin” adlı maarifləndirici seminar keçirilib.“Sağlam düşüncə sağlam gənclik” layihəsi çərçivəsində keçirilən seminarı giriş sözü ilə açan THİK-in sədri Namiq Gəncəyev iştirakçıları salamlayaraq, tədbir haqqında məlumat verib.Beynəlxalq Koçluq Federasiyasının Yaşam Koçu Xəyalə Həsənova özünü təqdimetmə, enerji frekansı, şüuraltının idarə edilməsi, empatiya və balansın idarə edilməsi və digər mövzularda geniş təqdimatla çıxış edib.Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.46fed392bc84a61cb3638e5a3ff7d1ac.jpg 201.71 KBecad00da67f247408ebfea20147e5081.jpg 368.03 KB21a711fcdb90aa8217365b25258c9d77.jpg 351.24 KB

18.04.2023

ADNSU-da bədii yaradıcılıq müsabiqə-festivalına baxış müsabiqəsi keçirilib

ADNSU-da bədii yaradıcılıq müsabiqə-festivalına baxış müsabiqəsi keçirilib

Aprelin 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalına hazırlıq məqsədilə özfəaliyyət kollektivlərinə baxış müsabiqəsi keçirilib.Tələbələrin çıxışlarını Xalq artistləri Gülyanaq Məmmədova, Samir Cəfərov, Əməkdar incəsənət xadimləri Baba Vəziroğlu, Əliqismət Lalayev, Hafiz Quliyev və digər incəsənət nümayəndələri qiymətləndiriblər.ADNSU Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən konsertdə tələbələrin ifasında müxtəlif rəqs, musiqi nömrələri təqdim olunub, şeirlər səsləndirilib. Həmçinin universitetin “Gənclik” mahnı və rəqs ansamblı çıxış edib.Qeyd edək ki, festival qaliblərinin yekun konserti mayın 6-da keçiriləcək.1.JPG 4.7 MB2.JPG 6.69 MB7.JPG 8.04 MB9.JPG 6.29 MB10.JPG 6.68 MB12.JPG 5.17 MB13.JPG 6.88 MB14.JPG 7.51 MB17.JPG 5.43 MBson.JPG 5.69 MB

18.04.2023

Bizimlə əlaqə

+994 12 493 54 57

adnsu-thik@atiahi.org

Azərbaycan, Bakı şəhəri, Azadlıq prospekti 16/21 (ADNSU, əsas tədris binası)

© 2023 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo