ADNSU-da 31 Mart – soyqırımı qurbanlarının xatirəsi anılıb

ADNSU-da 31 Mart – soyqırımı qurbanlarının xatirəsi anılıb

Martın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 31 Mart- Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.  Tədbir 31 mart soyqırımı qurbanlarının, həmçinin Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.  Tədbiri giriş sözü ilə açan ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev iştirakçılara rektor, professor Mustafa Babanlının salamlarını çatdırıb və hər il soyqırımı xatırlamaqla, milli-mənəvi dəyərlərimizi qorumaqla gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının əhəmiyyətini qeyd edib.  ADNSU-nun Humanitar fənlər kafedrasının müdiri, professor Camal Mustafayev əsrlərboyu qəsbkarlıq siyasəti aparan ermənilərin torpaqlarımızda törətdikləri dəhşətli qırğınlardan danışıb, həmçinin o dövrün siyasi mənzərəsindən və tarixi faktlardan danışıb. Humanitar fənlər kafedrasının professoru İradə Nuriyeva 1918-ci ilin Azərbaycan tarixində mühüm hadisələrlə yanaşı milli müstəqilliyimizin qarşısını almaq üçün Azərbaycanlılara qarşı törədilən soyqırımla da yadda qaldığını bildirib və 31 Mart soyqırımının öz dəhşətləri ilə tariximizin ən qanlı salnaməsinə çevrildiyini deyib.  Sonra ADNSU tələbələri “31 mart Azərbaycanlıların soyqırımı günü” mövzusunda təqdimatla çıxış ediblər.  2134981680249531.jpg 245.74 KB1900031680249532.jpg 228.69 KB5285981680249532.jpg 177.76 KB1625411680249533.jpg 149.3 KB

30.03.2023

ADNSU-da “Ağıllı Qarabağı tanıyaq” layihəsi çərçivəsində gənclərlə görüş keçirilib

ADNSU-da “Ağıllı Qarabağı tanıyaq” layihəsi çərçivəsində gənclərlə görüş keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Ağıllı Qarabağı tanıyaq” layihəsi çərçivəsində gənclər üçün məlumatlandırma sessiyası keçirilib.Azərbaycan Gənclər Fondu və “İrəli” İctimai Birliyinin dəstəyi, “ARB Media Qrup”un tərəfdaşlığı ilə baş tutan  çərçivəsində baş tutan tədbirdə dövlət qurumlarının nümayəndələri, media mənsubları və 100-ə yaxın gənc iştirak edib.Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev sessiya iştirakçılarını salamlayaraq, onları layihəyə seçilmələri münasibətilə təbrik edib. Bildirilib ki, universitet hər il mütəmadi qaydada bu və ya digər istiqamətlərdə həyata keçirilən tədbirlərə ev sahibliyi edir. Birliyin dəstəyi ilə baş tutan “Ağıllı Qarabağı tanıyaq” layihəsi də bu qəbildən olan tədbirlər sırasındadır. Hazırkı dövrdə ağıllı texnologiyalar haqqında maarifləndirmə tədbirlərinin olduqca önəmli olduğunu qeyd edən ADNSU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, Namiq Gəncəyev layihənin işində uğurlar arzu edib.s“İrəli” İctimai Birliyinin Mətbuat katibi, layihə rəhbəri Arif Rəhimli “Ağıllı Qarabağı tanıyaq” layihəsi çərçivəsində məlumatlandırma sessiyasının Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilməsinə görə ali təhsil müəssisəsinin rəhbərliyinə öz təşəkkürünü bildirib. Diqqətə çatdırılıb ki, təşkilatın müxtəlif fəaliyyətlərində digər universitetlərlə yanaşı ADNSU-nun tələbələri də aktiv iştirak edir. “Ağıllı Qarabağı tanıyaq” layihəsi müddətində gənclərin bu sahədə yeni biliklər əldə edəcəyini vurğulayan Arif Rəhimli gəncləri sual-cavab bölməsində aktiv iştirak etməyə səsləyib. Həmçinin bildirilib ki, layihə çərçivəsində daha bir neçə ali təhsil müəssisəsində məlumatlandırma sessiyaları keçiriləcək.Daha sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsinin əməkdaşı Elgün Vəliyev və İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin əməkdaşı Elnur İbrahimov təqdimatlarla çıxış ediblər. Sessiya müddətində “Ağıllı şəhər” və onun əsas komponentləri, bu sahədə dünya praktikası, “Ağıllı şəhər” və “Ağıllı kənd”lərin dayanıqlı inkişaf prosesində rolu, onun iqtisadi əhəmiyyəti haqqında geniş məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.Tədbir gənclərin suallarının cavablandırılması ilə davam edib. Sonda məlumatlandırma sessiyasında iştirak edən gənclərə şəhadətnamələr təqdim olunub.Qeyd edək ki, “Ağıllı Qarabağı tanıyaq” layihəsi Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələr Qrant Müsabiqəsi çərçivəsində keçirilir.1611781680127385.jpg 211.34 KB

29.03.2023

Gəncə şəhərində “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda zona konfransı keçirilib

Gəncə şəhərində “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda zona konfransı keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı ilə birgə “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda zona konfransı keçirilib. Tədbirdə ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, ATİAHİ-nin Qərb rayonları üzrə sədrləri və fəalları, eləcə də Universitet rəhbərliyi, professor-müəllim və tələbələri iştirak ediblər.Konfransda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub.Açılış nitqi ilə çıxış edən ADAU-nun rektoru vəzifəsini icra edən Zəfər Qurbanov universitetdə könüllülük fəaliyyəti və gənclər təşkilatlarının missiyaları haqqında məlumat verib. O bildirib ki, Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə həmkarlar təşkilatlarının fəaliyyətində ciddi dönüş yarandı, bu təsisat öz mahiyyəti üzrə fəaliyyət göstərməyə başladı. Həmkarlar ittifaqlarının fəaliyyətində inzibati amirlik metodlarına son qoyuldu, sahə həmkarlar ittifaqlarının səlahiyyətləri özlərinə qaytarıldı, təşəbbüskarlığa, dünya həmkarlar ittifaqları sisteminə inteqrasiyaya yol açıldı.Çıxış edən ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə deyib ki, Azərbaycanda bütün sahələrin, o cümlədən də həmkarlar ittifaqları institutunun davamlı inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün, Heydər Əliyevin bu sahədə olan ideyaları onun mənəvi-siyasi irsinin ən layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Tədbirdə həmçinin ATİAHİ Kəlbəcər rayon komitəsinin sədri Məhiyəddin Allahverdiyev, ADAU-nun ictimai elmlər kafedrasının müdiri Azad Bayramov, komputer mühəndisliyi fakültəsinin III kurs tələbəsi Fəridə Zeynalova çıxış ediblər.Sonra Ulu Öndər Heydər Əliyevin gənclər və təhsil sahəsində fəaliyyətindən bəhs edən videoçarx konfrans iştirakçılarına nümayiş olunub.Daha sonra çıxış edənlər həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyevin həyata keçirdiyi işlər və qəbul etdiyi qərarlardan söhbət açıblar.1680072622_1680015278_dsc_0058-1.jpg 534.35 KB1680015328_dsc_0113.jpg 323.65 KB1680015334_dsc_0074.jpg 516.96 KB1680015361_dsc_0066.jpg 455.34 KB1680015404_dsc_0106.jpg 389.64 KB1680015409_dsc_0085.jpg 516.99 KB

28.03.2023

“Heydər Əliyevin 100 illiyi”-nə həsr olunmuş tədbirlər silsiləsi çərçivəsində bir qrup tələbə Heydər Əliyev Mərkəzini ziyarət edib

“Heydər Əliyevin 100 illiyi”-nə həsr olunmuş tədbirlər silsiləsi çərçivəsində bir qrup tələbə Heydər Əliyev Mərkəzini ziyarət edib

ADNSU THİK-in təşkilatçılığı təşkil olunan “Heydər Əliyevin 100 illiyi”-nə həsr olunmuş tədbirlər silsiləsi davam edir.18 mart tarixində İMF THİK-in təşəbbüsü ilə Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub. Ekskursiya zamanı tələbələrə Heydər Əliyevin həyatından, müxtəlif ölkələr tərəfindən təqdim olunan medallardan bəhs olunub, şəxsi avtomobilləri barədə məlumatlar verilib.WhatsApp Image 2023-03-19 at 21.42.00 (1).jpeg 254.57 KBWhatsApp Image 2023-03-19 at 21.42.00.jpeg 134.45 KBWhatsApp Image 2023-03-19 at 21.42.01.jpeg 106.45 KB

23.03.2023

ADNSU THİK tələbələri

ADNSU THİK tələbələri "Müasir mərhələdə Həmkarlar İttifaqları işinin məsələləri" mövzusunda keçirilən kursda iştirak ediblər

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Neft-Mexanika fakültəsi THİK-in sədri Şiralıyev Məhəmməd və Energetika fakültəsi THİK-in sədri Şirinov Əliş Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşəbbüsü, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) təşkilatçılığı ilə mart ayının 13-dən 17-dək AƏSMA-da "Müasir mərhələdə Həmkarlar İttifaqları işinin məsələləri" mövzusunda keçirilmiş 5 günlük kurslarda uğurla iştirak etmiş, sonda AƏSMA-nın rektoru Hüseyn Qaraşov tərəfindən Həmkarlar İttifaqı kadr və fəallarının hazırlıq və ixtisasartırma kurslarının sertifikatı ilə təltif olunmuşdur.Qeyd edək ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsini Ali təhsil müəssisələri arasında təmsil edən 2 ən gənc fəal üzvü ADNSU THİK-nin rəyasət heyətinin üzvləri olan Ş.Məhəmməd və Ş.Əliş seçilmişdir.WhatsApp Image 2023-03-18 at 20.55.22.jpeg 176.71 KB

19.03.2023

ADNSU-da

ADNSU-da "Novruz şənliyi" təşkil edilib

Martın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Novruz bayramı münasibəti ilə tədbir keçirilib.Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.Novruz bayramının xalqımızın milli adət-ənənələrini özündə əks etdirən ən qədim bayramlardan olduğunu deyən rektor, professor M.Babanlı yazın gəlişi münasibətilə universitet kollektivini və tələbələri, o cümlədən bütün Azərbaycan xalqını təbrik edərək əmin-amanlıq, bol ruzi-bərəkət və möhkəm cansağlığı arzulayıb.Sonra unversitetin həyətində bayram tonqalı yandırılıb.Tədbir ADNSU-nun “Gənclik” Mahnı və rəqs ansamblının, həmçinin tələbələrin ifasında musiqili bədii hissə ilə davam edib.4742861679084833.jfif 245.39 KB5389631679084834.jfif 244.77 KB3410301679084836.jfif 247.27 KB3749901679084835.jfif 245.77 KB4658481679084836.jfif 96.88 KB5024131679084837.jfif 248.62 KB2669411679084837.jfif 290.8 KB4463781679084837.jfif 333.69 KB

18.03.2023

“Qəhrəman təhsil işçiləri” kitabının təqdimatı olub

“Qəhrəman təhsil işçiləri” kitabının təqdimatı olub

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) təşəbbüsü ilə çap olunmuş “Qəhrəman təhsil işçiləri” kitabının təqdimat mərasimi keçirilib.Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, “Yaşat” Fondunun İdarə Heyətinin üzvü Şair Ramaldanov və müharibə iştirakçısı olmuş təhsil işçilərinin iştirak etdiyi tədbirdə əvvəl Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Ardınca 44 günlük Vətən müharibəsində şəhid olmuş təhsil işçilərinin xatirəsinə həsr olunmuş video-çarx nümayiş olunub.Tədbirdə çıxış edən AHİK sədri Səttar Möhbalıyev bildirib ki, Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-dən etibarən Zəfər yürüşünə başladı: “Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu istehkamları və silahlı qüvvələrini darmadağın etdi. Müzəffər Ordumuz 44 gün ərzində bütün dünyaya öz qüdrətini, gücünü göstərdi. Düşmən məğlubiyyətini etiraf etdi, kapitulyasiyaya uğradı. Nəticədə Azərbaycan xalqının 30 ilə yaxın davam edən torpaq həsrətinə birdəfəlik son qoyuldu”.AHİK sədri qeyd edib ki, Vətən müharibəsində 760 nəfərdən çox təhsil işçisi döyüşlərə qatılıb: “Onlardan 21 nəfəri şəhid olub. Vətən müharibəsində canından keçmiş bütün şəhidlərimizin xatirəsini bir daha ehtiramla anır, onların ruhu qarşısında baş əyirik. Azərbaycan xalqı onların əziz xatirəsini hər zaman uca tutacaq”Onun sözlərinə görə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən tərtib olunan “Qəhrəman təhsil işçiləri” kitabı ikinci Qarabağ müharibəsində silaha sarılan təhsil işçilərinə həsr olunub: “Hesab edirəm ki, bu kitabın çap edilməsi döyüşlərdə həlak olmuş şəhid təhsil işçilərinin xatirəsinin əbədiləşdirilməsi, müharibədə iştirak etmiş ittifaq üzvlərinin keçdiyi nümunəvi döyüş yolunun gələcək nəsillərə təbliği və onlarda milli vətənpərvərlik hissinin inkişaf etdirilməsi baxımından faydalı olacaq”.Sonra Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edib. Nazir müavini qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevi rəhbərliyi ilə Müzəffər Ordumuzun sücayəti sayəsində sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək böyük zəfərə imza atdı. İşğalda olan torpaqlarımız azad olundu. Bu qələbə Ali Baş Komandanın, xalqla birliyin, haqq işinin Müzəffər Azərbaycan Ordusunun gücünün, rəşadətli əsgərlərin, Azərbaycan xalqının iradəsinin qələbəsidir.F.Qurbanov qeyd edib ki, işğaldan azad edilmiş ərazilərimizdə hazırda quruculuq işləri görülür, yeni yaşayış evləri, məktəblər tikilir. Artıq Zəngilan rayonunun Ağalı kəndində orta məktəb fəaliyyət göstərir. Tezliklə Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərində bu işlər uğurla həyata keçiriləcək. Sonra polkovnik Şair Ramaldanov və başqaları çıxış edərək Ordumuzun şücaətindən, gənclərimizin vətənpərvərliyindən danışıblar.2-5.jpg 89.49 KB3-5.jpg 133.64 KB1-5.jpg 115.18 KB7.jpg 182.58 KB6-1.jpg 174.96 KB5.jpg 113.38 KB10.jpg 179.27 KB9.jpg 109.2 KB8-1.jpg 112.32 KB

16.03.2023

ADNSU-da Novruz bayramına həsr olunmuş vitraj-rəsm sərgisi keçirilib

ADNSU-da Novruz bayramına həsr olunmuş vitraj-rəsm sərgisi keçirilib

Martın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş vitraj-rəsm sərgisi keçirilib.Tələbələrin əl işlərindən ibarət sərgidə iştirak edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı gənclərin bacarıq və qabiliyyətlərinin üzə çıxması və inkişaf etdirilməsi üçün belə tədbirlərin əhəmiyyətli olduğunu deyib. Sərgini, buradakı əl işlərini bəyəndiyini qeyd edən rektor, professor Mustafa Babanlı yaradıcılıqla bağlı digər istiqamətlərdə də tələbələrin istedadlarının nümayiş olunması üçün universitetin hər zaman dəstək göstərəcəyini deyib. Sərginin təşkilatçısı, ADNSU-nun əməkdaşı, rəssam Teyyub İsgəndərzadə belə bir sərgi üçün yaradılan şəraitə görə universitet rəhbərliyinə gənclər adından minnətdarlıq edib. Sonra əl işləri uğurlu olan tələbələr “Təşəkkürnamə” ilə mükafatlandırılıblar.6289801678802810.jpg 135.04 KB2232091678802811.jpg 151.79 KB6067061678802815.jpg 187.27 KB4113961678802812.jpg 134.67 KB4808801678802817.jpg 169.86 KB4869931678802817.jpg 197.93 KB

14.03.2023

Naxçıvanda sosial qayğıya ehtiyacı olan 1250 ailəyə bayram sovqatları verilib

Naxçıvanda sosial qayğıya ehtiyacı olan 1250 ailəyə bayram sovqatları verilib

Prezident İlham Əliyevin diqqəti və tapşırığı ilə ölkəmizdə sosial layihələrin icrası diqqət mərkəzindədir. Bütün bayramlarda və dövlətimiz üçün digər əlamətdar günlərdə aztəminatlı, şəhid, qazi və digər həssas qruplardan olan ailələrə sovqat və yardımlar təqdim olunur.Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Novruz bayramı ərəfəsində digər bölgələrlə yanaşı, Naxçıvanda da yaşayan 1250 aztəminatlı ailə üçün ərzaq bağlamalarından ibarət yardım təşkil olunub və təyinatı üzrə ünvanlara yola salınıb.Yola salınma mərasimində AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli iştirak edib.3-3.jpg 317.92 KB4-3.jpg 220.56 KB1-3.jpg 392.48 KB

14.03.2023

AHİK-in nümayəndəsi Yunanıstan Əmək Konfederasiyasının  Qurultayında iştirak edib

AHİK-in nümayəndəsi Yunanıstan Əmək Konfederasiyasının Qurultayında iştirak edib

Martın 9-11-də Yunanıstan Əmək Konfederasiyasının  38-ci Qurultayı keçirilib. Paytaxt Afina şəhərində baş tutan Qurultayda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını (AHİK) Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Respublika Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Səbuhi İmanov təmsil edib.Yunanıstanın bütün bölgələrindən səsvermə hüququ olan 400 nümayəndənin qatıldığı Qurultayda Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Antonio Lisboa, Avropa İqtisadi və Sosial Komitənin İşçi Qrupunun sədri Oliver Röpke, Beynəlxalq Əmək Təşkilatının (BƏT) İşçilərin Fəaliyyəti üzrə direktor müavini Anna Biondi, həmçinin Fransa, İspaniya, Almaniya, İsveç, İtaliya, Türkiyə, Portuqaliya, Serbiya, Ukrayna, Albaniya, Bolqarıstan, Belçika və Avstriyanın həmkarlar ittifaqlarının nümayəndələri  iştirak ediblər.Qurultayda Yunanıstan Əmək Konfederasiyasının hazırkı sədri Yanis Panaqopolus səs çoxluğu ilə yenidən növbəti müddətə sədr seçilib.Qeyd edək ki, Qurultaydan öncə “Yaşayış xərclərinin böhranı - Həmkarlar İttifaqlarının təkliflərinin nəzərə alınması” mövzusunda beynəlxalq konfrans təşkil edilib. Konfransda çıxış edən AHİK-in nümayəndəsi Səbuhi İmanov dünyada müşahidə olunan yaşayış xərclərinin artmasından, böhranının kökündə duran problemlərdən, gündəlik istehlak məhsullarının qiymətlərinə təsir edən amillərdən danışıb. Bildirib ki, dünya əhalisinin sayı 8 milyardı keçib, bu isə labüd olaraq əmək bazarında rəqabəti artırıb, əmək münasibətlərini daha da həssas edib, insanların, demək olar ki, bütün növ gündəlik ehtiyaclarına - qida məhsullarına, enerji, bütün növ xidmət sahələrinə və hətta oksigenə olan tələbatının artmasına gətirib çıxarıb. Onun sözlərinə görə, böhran qlobal olsa da, artan xərclərdən daha çox aşağı gəlirli ölkələr əziyyət çəkir.S.İmanov həmçinin ölkəmizdə bu istiqamətdə görülən işlərdən söz açıb. Bildirib ki, Azərbaycanda əhalinin sosial rifah halının, aztəminatlı ailələrin sosial durumunun yaxşılaşdırılması ilə bağlı dövlət tərəfindən mühüm tədbirlər həyata keçirilir. Hər il ölkədə müşahidə olunan inflyasiyanın səviyyəsi nəzərə alınmaqla dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda çalışan işçilərin əməkhaqları, sosial müavinətlər və təqaüdlər artırılır, sosial-müdafiə tədbirləri görülür.Tədbir digər çıxışlarla davam edib.  Sebuhi Yunan2.jpg 181.97 KBSebuhi yunan 3.jpg 273.52 KB

14.03.2023

ADNSU-da Zeynalabdin Tağıyevə həsr olunmuş tədbir keçirilib

ADNSU-da Zeynalabdin Tağıyevə həsr olunmuş tədbir keçirilib

Martın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması İB və “Damla” aztəminatlı ailələrə qayğı İB-nin təşkilatçılığı ilə “H.Z.Tağıyevin örnək həyatının tələbə gənclərə öyrədilməsi” layihəsi çərçivəsində görüş keçirib. Tədbiri giriş sözü ilə açan ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova qonaqları salamlayaraq gənclər arasında H.Z.Tağıyevin fəaliyyətinin təbliğ olunmasının əhəmiyyətini qeyd edib.ADNSU-nun Humanitar fənlər kafedrasının müdiri, professor Camal Mustafayev H.Z.Tağıyevin həyat və fəaliyyətindən danışıb, onun xeyriyyəçilik və vətənpərvərlik kimi yüksək mənəvi keyfiyyətlərindən söz açıb.Sonra H.Z.Tağıyevin həyatından bəhs edən video çarx nümayiş olunub. Tarixçi Firdovsiyyə Əhmədova H.Z.Tağıyevin həyatı, fəaliyyəti barədə dolğun məlumat verərək maarifçilik və xeyriyyəçilik sahəsində göstərdiyi xidmətlərdən  danışıb. Gənc nəslin maariflənməsi və təhsil alması üçün gördüyü xeyriyyə işlərindən danışıb, xüsusi ilə də qızların təhsilə cəlb olunması üçün əvəzsiz xidmətlərindən bəhs edib.İslam bankçılığı üzrə beynəlxalq ekspert Anar Yusufzadə və Karyera planlaşdırılması üzrə mütəxəssis Toğrul Ələkbər Tağıyevin gördüyü genişmiqyaslı xeyriyyə işlərinin əhəmiyyətindən, həmçinin xeyriyyəçiliyin gənclərin karyerasının inkişafına təsirindən bəhs ediblər.“Aydınlığa doğru”İB-nin sədri Solmaz Əmirli xeyriyyəçiliyin insanı mənəvi cəhətdən zənginləşdirdiyini deyərək tələbələrə “Tağıyev klubu” yaratmağı və böyük mesenatın xeyriyyəçilk ənənəsini davam etdirməyi təklif edib. “Damla” İB-nin sədri Nigar Abdullayeva çıxışında Tağıyev xeyriyyəçilik mədəniyyətinin bərpa edilərək müasir toplumda tətbiqinin əsas məqsəd kimi qarşıya qoyulduğunu deyib. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb və görüşdə fəal iştirak edən tələbələr mükafatlandırılıb.6644361678691122.jpg 147.09 KB5590531678691124.jpg 129.71 KB2875321678691125.jpg 170.75 KB3351021678691123.jpg 181.78 KB

10.03.2023

ADNSU THİK fəalları

ADNSU THİK fəalları "Heydər Əliyev 100" adlı ağac əkmə aksiyasında iştirak ediblər

Martın 4-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən, "Heydər Əliyev 100" adlı ağac əkmə aksiyasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin İdarə Heyəti və bir qrup nümayəndəsi iştirak edib.photo1678031385.jpeg 427.64 KBAksiyanı giriş sözü ilə açan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov iştirak edən hər bir şəxsə öz təşəkkürünü bildirib.Aksiya müddətində 300 ədəd şam ağacı əkilib.photo1678031385 (2).jpeg 261.22 KBphoto1678031385 (4).jpeg 384.59 KBphoto1678031385 (1).jpeg 378.47 KBphoto1678031385 (3).jpeg 390.36 KB

05.03.2023

THİK-in təşkilatçılığı ilə conversation keçirilib

THİK-in təşkilatçılığı ilə conversation keçirilib

4 mart tarixində ADNSU THİK-in təşkilatçılığı, EF THİK-in təşəbbüsü ilə ADNSU tələbələri üçün conversation club keçirilmişdir. Ümumilikdə 2 saat davam edən təlimin ilk hissəsi "İngilis dilinin mənim həyatımda rolu", "İngilis dilini necə öyrənək?", "Niyə məhz İngilis dili?", "İngilis dilini daha asan yolla öyrənməyin texnikaları" mövzuları ətrafında, ikinci hissəsi isə tələbələrin də istəklərinə uyğun mövzularda söhbətlərlə davam etdirilmişdir.WhatsApp Image 2023-03-05 at 16.19.50 (3).jpeg 173.2 KBWhatsApp Image 2023-03-05 at 16.19.50 (4).jpeg 152.19 KBDaha sonra könüllülük prinsipi ilə öz ingilis dili səviyyəsini öyrənmək istəyən tələbələrlə sual cavab olundu.Sonda isə "İTalk Academy"-nin əməkdaşları tələbələrimizlə xatirə şəkilləri çəkdirdilər.WhatsApp Image 2023-03-05 at 16.19.50.jpeg 327.91 KBWhatsApp Image 2023-03-05 at 16.19.50 (1).jpeg 267.63 KB

05.03.2023

"Sement istehsalı və istehsal zamanı keyfiyyətə nəzarət" mövzusunda təlim keçirilib

04.03.2023-cü il tarixində "Azərbaycan Mühəndislər Birliyinin" və "ADNSU THİK"-in birgə təşkilatçılığı ilə Kimya mühəndisliyi ixtisasında təhsil alan tələbələr üçün "Sement istehsalı və istehsal zamanı keyfiyyətə nəzarət" mövzusunda əyani formatda təlim keçirilmişdir.  WhatsApp Image 2023-03-04 at 21.50.32.jpeg 164.23 KBTəlimdən sonra tələbələr keçirilmiş mövzu və ixtisas yönümlü suallarını təlimçiyə yönəltmiş, təlimin müzakirəsi aparılmış və tələbələrin sualları təlimçi tərəfindən ətraflı cavablandırılmışdır.WhatsApp Image 2023-03-04 at 21.50.32 (1).jpeg 130.04 KB

04.03.2023

ADNSU tələbələri Azərbaycan Boks Federasiyasında

ADNSU tələbələri Azərbaycan Boks Federasiyasında "5 Mart - Bədən Tərbiyəsi və İdman Günü" münasibətilə təşkil olunan tələbələr arasında "Şən startlar" əyləncəli estafet yarışında iştirak ediblər

Martın 3-də Azərbaycan Boks Federasiyasında "5 Mart - Bədən Tərbiyəsi və İdman Günü" münasibətilə tələbələr arasında "Şən startlar" əyləncəli estafet yarışı keçirilib.Yarışda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin bir qrup fəal nümayəndəsi həm iştirakçı, həm də azarkeş qismində iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Gənclər və İdman naziri Fərid Qayıbov bütün iştirakçılara uğurlar arzulayıb və bugünkü Azərbaycan gəncliyinin inkişafını yüksək qiymətləndirdiyini qeyd edib.Keçirilən estafetdə gənclərimiz müxtəlif idman növlərini böyük məharətlə nümayiş etdiriblər.WhatsApp Image 2023-03-05 at 16.36.53.jpeg 317.54 KBSonda 11 universitetin təmsil olunduğu estafetdə, universitetimizin adından iştirak edən yarışmaçılar sertifikatla təltif olunub.WhatsApp Image 2023-03-05 at 16.36.53 (1).jpeg 362.63 KB

04.03.2023

Bizimlə əlaqə

+994 12 493 54 57

adnsu-thik@atiahi.org

Azərbaycan, Bakı şəhəri, Azadlıq prospekti 16/21 (ADNSU, əsas tədris binası)

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo