ADNSU THİK tələbələri
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Neft-Mexanika fakültəsi THİK-in sədri Şiralıyev Məhəmməd və Energetika fakültəsi THİK-in sədri Şirinov Əliş Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşəbbüsü, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) təşkilatçılığı ilə mart ayının 13-dən 17-dək AƏSMA-da "Müasir mərhələdə Həmkarlar İttifaqları işinin məsələləri" mövzusunda keçirilmiş 5 günlük kurslarda uğurla iştirak etmiş, sonda AƏSMA-nın rektoru Hüseyn Qaraşov tərəfindən Həmkarlar İttifaqı kadr və fəallarının hazırlıq və ixtisasartırma kurslarının sertifikatı ilə təltif olunmuşdur.
Qeyd edək ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsini Ali təhsil müəssisələri arasında təmsil edən 2 ən gənc fəal üzvü ADNSU THİK-nin rəyasət heyətinin üzvləri olan Ş.Məhəmməd və Ş.Əliş seçilmişdir.
WhatsApp Image 2023-03-18 at 20.55.22.jpeg 176.71 KB

Bizimlə əlaqə

+994 12 493 54 57

adnsu-thik@atiahi.org

Azərbaycan, Bakı şəhəri, Azadlıq prospekti 16/21 (ADNSU, əsas tədris binası)

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo