Martın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş vitraj-rəsm sərgisi keçirilib.
Tələbələrin əl işlərindən ibarət sərgidə iştirak edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı gənclərin bacarıq və qabiliyyətlərinin üzə çıxması və inkişaf etdirilməsi üçün belə tədbirlərin əhəmiyyətli olduğunu deyib. Sərgini, buradakı əl işlərini bəyəndiyini qeyd edən rektor, professor Mustafa Babanlı yaradıcılıqla bağlı digər istiqamətlərdə də tələbələrin istedadlarının nümayiş olunması üçün universitetin hər zaman dəstək göstərəcəyini deyib.
Sərginin təşkilatçısı, ADNSU-nun əməkdaşı, rəssam Teyyub İsgəndərzadə belə bir sərgi üçün yaradılan şəraitə görə universitet rəhbərliyinə gənclər adından minnətdarlıq edib.
Sonra əl işləri uğurlu olan tələbələr “Təşəkkürnamə” ilə mükafatlandırılıblar.