Martın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Novruz bayramı münasibəti ilə tədbir keçirilib.
Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Novruz bayramının xalqımızın milli adət-ənənələrini özündə əks etdirən ən qədim bayramlardan olduğunu deyən rektor, professor M.Babanlı yazın gəlişi münasibətilə universitet kollektivini və tələbələri, o cümlədən bütün Azərbaycan xalqını təbrik edərək əmin-amanlıq, bol ruzi-bərəkət və möhkəm cansağlığı arzulayıb.
Sonra unversitetin həyətində bayram tonqalı yandırılıb.
Tədbir ADNSU-nun “Gənclik” Mahnı və rəqs ansamblının, həmçinin tələbələrin ifasında musiqili bədii hissə ilə davam edib.