Martın 3-də Azərbaycan Boks Federasiyasında "5 Mart - Bədən Tərbiyəsi və İdman Günü" münasibətilə tələbələr arasında "Şən startlar" əyləncəli estafet yarışı keçirilib.
Yarışda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin bir qrup fəal nümayəndəsi həm iştirakçı, həm də azarkeş qismində iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Gənclər və İdman naziri Fərid Qayıbov bütün iştirakçılara uğurlar arzulayıb və bugünkü Azərbaycan gəncliyinin inkişafını yüksək qiymətləndirdiyini qeyd edib.