"Sement istehsalı və istehsal zamanı keyfiyyətə nəzarət" mövzusunda təlim keçirilib

04.03.2023-cü il tarixində "Azərbaycan Mühəndislər Birliyinin" və "ADNSU THİK"-in birgə təşkilatçılığı ilə Kimya mühəndisliyi ixtisasında təhsil alan tələbələr üçün "Sement istehsalı və istehsal zamanı keyfiyyətə nəzarət" mövzusunda əyani formatda təlim keçirilmişdir.  WhatsApp Image 2023-03-04 at 21.50.32.jpeg 164.23 KBTəlimdən sonra tələbələr keçirilmiş mövzu və ixtisas yönümlü suallarını təlimçiyə yönəltmiş, təlimin müzakirəsi aparılmış və tələbələrin sualları təlimçi tərəfindən ətraflı cavablandırılmışdır.WhatsApp Image 2023-03-04 at 21.50.32 (1).jpeg 130.04 KB

04.03.2023

ADNSU tələbələri Azərbaycan Boks Federasiyasında

ADNSU tələbələri Azərbaycan Boks Federasiyasında "5 Mart - Bədən Tərbiyəsi və İdman Günü" münasibətilə təşkil olunan tələbələr arasında "Şən startlar" əyləncəli estafet yarışında iştirak ediblər

Martın 3-də Azərbaycan Boks Federasiyasında "5 Mart - Bədən Tərbiyəsi və İdman Günü" münasibətilə tələbələr arasında "Şən startlar" əyləncəli estafet yarışı keçirilib.Yarışda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin bir qrup fəal nümayəndəsi həm iştirakçı, həm də azarkeş qismində iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Gənclər və İdman naziri Fərid Qayıbov bütün iştirakçılara uğurlar arzulayıb və bugünkü Azərbaycan gəncliyinin inkişafını yüksək qiymətləndirdiyini qeyd edib.Keçirilən estafetdə gənclərimiz müxtəlif idman növlərini böyük məharətlə nümayiş etdiriblər.WhatsApp Image 2023-03-05 at 16.36.53.jpeg 317.54 KBSonda 11 universitetin təmsil olunduğu estafetdə, universitetimizin adından iştirak edən yarışmaçılar sertifikatla təltif olunub.WhatsApp Image 2023-03-05 at 16.36.53 (1).jpeg 362.63 KB

04.03.2023

ATİAHİ Respublika Komitəsi Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib

ATİAHİ Respublika Komitəsi Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib

Fevralı 28-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib.İclasa ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev sədrlik edib.Gündəliyə 2022-ci ildə “ATİAHİ Respublika Komitəsində və üzv təşkilatlarda vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılmasının vəziyyəti barədə”, “ATİAHİ Respublika Komitəsinin 2022-ci ilə dair ümumi illik statistik hesabatının təsdiqi barədə”, “2022-ci ilin yekunlarına görə ATİAHİ Respublika Komitəsinin büdcəsinin yerinə yetirilməsi barədə” və digər məsələlər daxil edilib.Gündəliyə daxil edilən məsələlərin hər biri ilə bağlı ətraflı məlumat verilib və müvafiq qərarlar qəbul edilib.Sonda Səttar Möhbalıyev Rəyasət Heyəti üzvlərinə bir sıra tövsiyə və tapşırıqlarını verib.3 (7).jpg 87.42 KB2 (8).jpg 238.47 KB1 (9).jpg 87.89 KB

28.02.2023

“Nə? Harada? Nə zaman?” intellektual oyunu və futzal yarışının qalibləri mükafatlandırılıb

“Nə? Harada? Nə zaman?” intellektual oyunu və futzal yarışının qalibləri mükafatlandırılıb

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) tərəfindən ali məktəb tələbələri arasında təşkil olunmuş ənənəvi “Nə? Harada? Nə zaman?” intellektual oyunu, futzal yarışı və “İlin peşəkar gənci” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Tədbirdə çıxış edən ATİAHİ RK-nın sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, Komitə 10 ildən artıqdır ki, ali məktəb tələbələri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə həmkarlar ittifaqı kuboku uğrunda turnir və futzal yarışları təşkil edir: “Bu tədbirlərin iştirakçıları gənclərdir. Belə tədbirlərin təşkilində əsas məqsəd gənclərin asudə vaxtının səmərəli təşkili, onlarda elmə, savada marağın artırılması, sağlam həyat tərzinin təbliğ edilməsi, biliklərini, savadlarını artırmaq, elmin, texnikanın incəliklərinə yiyələnməklə yanaşı, onların layiqli vətəndaş olmalarına töhfə verməkdir”.S.Möhbalıyev qeyd edib ki, gənclərimizin sağlam, savadlı böyüməsi, onların peşəkarlıq səviyyəsinin artırılması, əsl vətəndaş kimi yetişmələri Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir.ATİAHİ Respublika Komitəsinin gənclərlə bağlı fəaliyyətindən danışan S.Möhbalıyev vurğulayıb ki, Respublika Komitəsi tərəfindən hər il müxtəlif festivallar, spartakiadalar, elmi-praktik konfranslar, fənn olimpiadaları, inşa müsabiqələri, idman yarışları keçirilir, gənclərin sosial problemlərinin həlli, istedadlı gənclərin üzə çıxarılması və onların potensial imkanlarının genişləndirilməsi ilə bağlı maraqlı tədbirlər təşkil olunur: “Həmkarlar ittifaqı təşkilatı tərəfindən təşkil olunan bu tədbirlərdə iştirak edən gənclərin sayının hər il əhəmiyyətli dərəcədə artması, onların bu tədbirlərə göstərdiyi maraq bizi gələcəkdə bu istiqamətdə təşkil olunan tədbirlərin sayının artırılmasına, əhatə dairəsinin genişləndirilməsinə ruhlandırır”.S.Möhbalıyev həmçinin əlavə edib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edilib və bununla əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzv təşkilatları tədbirlər planı hazırlayıblar.Sonda qaliblər mükafatlandırılıb. Onlara fəxri fərman və qiymətli hədiyyələr verilib.332809542_486108920224946_3555623642172832650_n.jpg 680.1 KB331573922_870549457348526_4877070994543897707_n.jpg 1.84 MB328128228_785071379617225_4765490506587807719_n.jpg 722.91 KB332111062_3477609005899628_1588052700684825073_n.jpg 1.53 MB333203046_911206230305386_8290984335460044205_n.jpg 772.77 KB332892889_1342803263165647_4927506040577235171_n.jpg 644.23 KB332153452_516297527359836_4346304560906049937_n.jpg 1.92 MB332150705_1498649543876778_2141098020000349615_n.jpg 1.74 MB

27.02.2023

ADNSU tələbələri dünya şöhrətli fotoqraf Rza Diqqətinin

ADNSU tələbələri dünya şöhrətli fotoqraf Rza Diqqətinin "Xocalı soyqırımı" adlı tədbirində iştirak edib

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Energetika fakültəsi (EF) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşəbbüsü, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə bir qrup Energetika fakültəsi (EF) tələbəsi dünya şöhrətli fotoqraf Rza Diqqətinin "Xocalı soyqırımı" adlı tədbirində iştirak edib. Tədbirdə R.Diqqəti Xocalı hadisələrində çəkdiyi fotolardan, gözü ilə gördüklərindən, həm də bu hadisələri dünyaya necə çatdırdığından danışıb. Qeyd edək ki, XX əsrin ən qanlı faciəsi olan Xocalı soyqırımından 31 il ötür.Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.WhatsApp Image 2023-02-26 at 21.03.25 (1).jpeg 74.07 KBWhatsApp Image 2023-02-26 at 21.03.25 (2).jpeg 129.57 KB

26.02.2023

ADNSU THİK fəalları Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş

ADNSU THİK fəalları Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş "613" adlı fləşmobda iştirak ediblər

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin idarə heyəti və bir qrup fəal tələbəsi "Xocalıya Ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Soyqırımın 31-ci ildönümünə həsr olunmuş fləşmobda iştirak edib.Fləşmob Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə keçirilmişdir. Fləşmobda müxtəlif təhsil müəssisələrindən 3000-ə yaxın tələbə iştirak edib. XOCALI 613 NƏ TARİX, NƏ BİZ UNUTMAYACAĞIQ!WhatsApp Image 2023-02-26 at 20.56.30.jpeg 289.2 KBWhatsApp Image 2023-02-26 at 20.56.30 (1).jpeg 251.25 KBWhatsApp Image 2023-02-26 at 20.56.30 (2).jpeg 222.85 KB

26.02.2023

ADNSU əməkdaşları və THİK fəalları

ADNSU əməkdaşları və THİK fəalları "Ana Fəryadı" abidəsini ziyarət ediblər

25 fevral tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı, professor-müəllim heyəti, ADNSU Tələbə Həmkarlar İttifaqı Komitəsi sədri Namiq Gəncəyev və bir qrup fəal tələbə Xocalı faciəsinin 31-ci il dönümü ilə əlaqədar “Ana Harayı” abidəsini ziyarət ediblər.Daha sonra abidə önünə güllər düzülüb, faciə qurbanlarının xatirəsi ehtiramla yad edilib.1.jpeg 371.46 KB2.jpeg 306.12 KB3.jpeg 373.38 KB4.jpeg 389.18 KB

25.02.2023

THİK-in təşkilatçılığı ilə Heydər Əliyevin 100-cü ildönümünə həsr olunan

THİK-in təşkilatçılığı ilə Heydər Əliyevin 100-cü ildönümünə həsr olunan "İntellektual yarış" keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı, SABAH THİK və Geoloji kəşfiyyat fakültəsi (GKF) THİK-in təşəbbüsü ilə Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı intellektual yarış təşkil olunub.Yarışda SABAH və GKF fakültələrinin fəal tələbələri öz biliklərini sınayıblar. Rəqabətli keçən oyunun sonunda GKF tələbələri üstünlüyü ələ alaraq qalib olmuşlar.4D589B28-F85C-46F3-8CBD-5A814F3321B0.jpeg 265.49 KBE5CF7C33-6836-49E1-8902-8B041CF4E74A.jpeg 268.81 KBFF4B17CC-7006-4D14-B191-F71F6E1222EF.jpeg 252.27 KB

22.02.2023

Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib

Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar həmkarlar ittifaqları, qeyri-hökumət təşkilatları, media qurumları, ağsaqqallar və veteranlar təşkilatlarından 250 nümayəndə Naxçıvana səfər edib.Səfər Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb. Sonra qonaqlar Heydər Əliyev Muzeyi ilə tanış olublar. Muzeydə Ulu Öndərin zəngin həyat yolu və fəaliyyəti barədə geniş məlumat verilib.Səfər çərçivəsində Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Heydər Əliyev İli” ilə əlaqədar “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib. Konfransda ölkəmizdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, ictimaiyyət nümayəndələri, aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri iştirak ediblər.Tədbirdə Ulu Öndər Heydər Əliyevin, şəhidlərimizin və qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirələri bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib.Konfransda çıxış edən Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, çoxəsrlik tariximizin ən böyük nailiyyətləri Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Heydər Əliyevin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə gördüyü işlər respublikamızın iqtisadi qüdrətinin artmasına, Azərbaycanın tarixi nailiyyətlər qazanmasına xidmət edib. Fikir plüralizmi, vətəndaş cəmiyyəti quruculuğu, sosial rifah, sistemli hüquqi islahatlar Ulu Öndərin fəaliyyətinin əsas prioritetləri olub.Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev çıxış edərək vətəndaş cəmiyyətinin təşəkkülündə və ölkənin əsas hərəkətverici qüvvələrindən birinə çevrilməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidməti olduğunu vurğulayıb. Bildirib ki, məhz onun müəllifliyi və təşəbbüsü ilə 1995-ci ildə qəbul edilən yeni və müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxardı. Bununla da hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil Azərbaycanda Heydər Əliyev ideyalarının təməl prinsiplərindən olan vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı. Konstitusiyanın qəbul edilməsi həm də ictimai birliklərin, qeyri-hökumət təşkilatlarının yaranmasına, formalaşmasına şərait yaratdı.Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxışında bildirib ki, ölkəmizdə müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır: “Ümummilli Lider Azərbaycan dövlətçiliyinin bütün vacib sferalarının möhkəmləndirilməsi ilə yanaşı, güclü vətəndaş cəmiyyətinin formalaşması məsələsini də prioritet istiqamət kimi müəyyənləşdirdi. Onun vətəndaş cəmiyyətinin formalaşdırılması üçün atdığı ilk addımlardan biri həmkarlar ittifaqlarının fəaliyyətinin təminatı olmuşdur. 1994-cü ildə Ulu Öndərin şəxsi təşəbbüsü və nəzarəti altında keçmiş postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda “Həmkarlar İttifaqları Haqqında” Qanun qəbul edildi. Qanun həmkarlar ittifaqlarının cəmiyyətdəki fəaliyyətinin yeni prinsiplər əsasında tənzimlənməsi və vətəndaşlarımızın sosial-iqtisadi mənafelərinin qorunmasında fəal iştirakı üçün hüquqi baza yaratmış oldu. Bununla da təşkilatın fəaliyyəti genişləndi, əvvəlki nüfuzu özünə qaytarıldı, üzvlərin sayı artmağa başladı, qeyri-hökumət təşkilatı kimi qarşısında sərbəst və müstəqil imkanlar açıldı”.AHİK sədri vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin siyasətini böyük uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev vətəndaşların sərbəst fəaliyyətinə, öz mövqelərini azad ifadə etməsinə, vətəndaş cəmiyyətinin formalaşdırılmasına xüsusi diqqət və qayğı ilə yanaşır.Onun sözlərinə görə, vətəndaş cəmiyyəti institutlarından biri olan Azərbaycan həmkarlar ittifaqları səlahiyyətləri çərçivəsində bütün problemlərin həllini hökumətlə sosial dialoqda görür: “AHİK hakimiyyətin bütün strukturları ilə əməkdaşlıq və sosial tərəfdaşlıq prinsipləri əsasında işləyir. Hər iki ildən bir hökumət, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında Baş Kollektiv Saziş imzalanır. Həmkarlar ittifaqı təşkilatları Baş Kollektiv Sazişə istinad edərək əməkçilərin sosial-iqtisadi hüquqlarının qorunması, kütləvi işsizliyin qarşısının alınması və s. vəzifələrin yerinə yetirilməsində qarşıya çıxan maneələri dəf edə bilir”.S.Möhbalıyev qeyd edib ki, Azərbaycan həmkarlar ittifaqları ölkəmizin ictimai həyatında fəal iştirak etməklə Prezident İlham Əliyevin ölkənin iqtisadi inkişafının möhkəmləndirilməsi, əhalinin maddi rifahının yaxşılaşdırılması, məşğulluğun təmin edilməsi, ümumilikdə, sosial problemlərin həlli isiqamətində apardığı uğurlu siyasətini dəstəkləyir.Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Auditorlar Palatasının sədri Vahid Novruzov, 44 günlük Vətən müharibəsinin iştirakçısı, Xüsusi Təyinatlıların Qaziləri Birliyinin sədri Bəhruz Məmmədzadə, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfərova və Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyevin çıxışlar ediblər. Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin vətəndaş cəmiyyəti quruculuğu sahəsində həyata keçirdiyi genişmiqyaslı işlər barədə ətraflı söz açılıb. Vurğulanıb ki, belə bir mötəbər tədbirin Ulu Öndər Heydər Əliyevin doğulduğu Naxçıvanda keçirilməsi xüsusi əhəmiyyət daşıyır.Konfransdan sonra qonaqlar Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olublar. Məlumat verilib ki, mərkəzdə bronxial astma, əsəb, qaraciyər və öd yolları, revmatoloji və başqa xəstəlikləri olan vətəndaşlar qəbul edilir və onlar səmərəli fizioterapevtik müalicə prosedurlarından keçirlər. Müalicə prosesi tam təbii üsullarla aparılır.Daha sonra Naxçıvan şəhəri, eləcə də Möminə Xatun türbəsi ilə tanışlıq olub.6..jpeg 193.07 KB5-3.jpg 23.37 KB4.jpeg 153.45 KB1 (1).jpeg 391.95 KB7.jpeg 98.24 KB2 (1).jpeg 72.12 KB

22.02.2023

AHİK-in 30 illik yubiley tədbiri keçirilib

AHİK-in 30 illik yubiley tədbiri keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yaradılmasının 30-cu ildönümü münasibətilə AHİK-in rəhbərliyi və kollektivi, həmçinin üzv təşkilatların rəhbərləri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.Sonra Şəhidlər xiyabanına gələn həmkarlar ittifaqlarının kollektivi Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinə dərin ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.Daha sonra AHİK-in yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirilib.Tədbirdə ölkəmizin dövlət və hökumət rəsmiləri, həmçinin Beynəlxalq Həmkarlar ittifaqları Konfederasiyasının, Pan Avropa Regional Şurasının, Beynəlxalq Əmək Təşkilatının, Avrasiya Qida Meşə və Turizm İşçiləri Federasiyasının rəhbərliyi, eləcə də Türkiyə, Gürcüstan, Litva, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Bolqarıstan, Malavi, İordaniya, İsrail, Albaniya, Moldova, Norveç, Rusiya, Serbiya və Zambiyanın həmkarlar ittifaqları sədrləri və nümayəndələri iştirak ediblər.Öncə AHİK-in 30 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı təbrik oxunub.Ardınca Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndər Heydər Əliyev başda olmaqla Vətənimizin azadlığı və müdafiəsi naminə şəhid olmuş oğul və qızlarımızın, həyatını itirmiş həmkarlar ittifaqı liderlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edərək tədbir iştirakçılarını və Azərbaycan həmkarlar ittifaqlarının bütün üzvlərini yubiley münasibətilə təbrik edib, həmkarlar ittifaqlarının tarixindən, keçdiyi inkişaf yolundan, AHİK-in yaranmasından, ölkəmizin ictimai həyatında rolundan və əhəmiyyətindən danışıb. Bildirib ki, 1993-cü il fevralın 5-də keçirilən təsis qurultayında Azərbaycan Həmkarlar İttifaqları Şurası özünü buraxaraq səlahiyyətlərini Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ötürdü: “Bu elə bir dövrdə baş verdi ki, həmkarlar ittifaqlarının sanatoriyalarını, hətta inzibati binasını əlindən almağa çalışırdılar. Yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev imzaladığı müvafiq fərman və sərəncamla həmkarlar ittifaqlarının üzləşdiyi çətinlikləri aradan qaldırdı. 1994-cü ildə Azərbaycanda “Həmkarlar ittifaqları haqqında” Qanun qəbul edildi. Beləliklə, qurumun cəmiyyətdəki fəaliyyətinin yeni prinsiplər əsasında tənzimlənməsi və vətəndaşlarımızın sosial-iqtisadi mənafelərinin qorunmasında fəal iştirakı üçün hüquqi baza yaranmış oldu”.1-1.jpg 229.87 KB2-2.jpg 175.79 KB3-1.jpg 235.11 KB4-1.jpg 209.51 KB5-1.jpg 167.24 KB6.jpg 168.56 KB7.jpg 150.47 KB8.jpg 178.64 KB9.jpg 238.98 KB10.jpg 76.06 KB

08.02.2023

Azərbaycan Prezidenti İlham Əliyev AHİK-in 30 illiyinə həsr edilmiş tədbirin iştirakçılarına məktub ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev AHİK-in 30 illiyinə həsr edilmiş tədbirin iştirakçılarına məktub ünvanlayıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 30 illiyi ilə əlaqədar yığıncaq iştirakçılarınaHörmətli yığıncaq iştirakçıları!Sizi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 30 illiyi ilə əlaqədar səmimi-qəlbdən salamlayır və təbrik edirəm. 1993-cü ildə yaradılmış Konfederasiya öz sıralarında çox sayda həmkarlar ittifaqı təşkilatını birləşdirərək bu gün ölkəmizdə vətəndaş cəmiyyətinin mühüm institutlarından birinə çevrilmişdir. Ötən müddət ərzində qurum həmkarlar ittifaqı hərəkatının ən yaxşı ənənələrinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə çalışmış, sosial tərəfdaşlığın səmərəliliyinin artırılması üçün əməli işlər görmüşdür. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sıralarında yer alan bir milyondan çox ittifaq üzvünün əmək və sosial-iqtisadi hüquqlarının, qanuni mənafelərinin müdafiəsinin təşkilində, əmək münasibətlərinin tənzimlənməsində və ictimai sabitliyin qorunmasında əhəmiyyətli rol oynayır. Konfederasiya 44 günlük Vətən müharibəsi zamanı, habelə bütün dünyanı bürümüş COVID-19 pandemiyası dövründə də dövlətimizin yanında olaraq ümumi işə dəstək vermişdir.Müasir inkişafın reallıqları və bu günün çağırışları Azərbaycanda həmkarlar ittifaqlarının fəaliyyətində əsaslı dəyişikliklərin aparılmasını, dünya təcrübəsindən faydalanaraq işlərinin yenidən qurulmasını labüd edir. Bu mərhələdə həmkarlar ittifaqlarının hüquqlarının ölkə qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun olaraq təmin edilməsi və məhdudlaşdırılmaması ən vacib məsələlərdən biridir. Eyni zamanda ölkə iqtisadiyyatının surətli inkişafı Azərbaycanın həmkarlar ittifaqlarından yeni yaradılmış iş yerlərində işçilərin əmək hüquqlarının qorunmasında və sosial problemlərinin həllində əzmkarlıq və qətiyyətli addımlar atmasını tələb edir. Dövlət orqanları və işəgötürənlər birlikləri bu sahədə Konfederasiya ilə sosial tərəfdaşlığı gücləndirməli və onunla imzalanmış Baş Kollektiv Sazişin yerinə yetirilməsini təmin etməlidirlər.Hörmətli yığıncaq iştirakçıları!İnanıram ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası dövlət orqanları və işəgötürən birlikləri ilə birgə işçilərin əmək və sosial-iqtisadi hüquqlarının qorunması, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması və cəmiyyətin ahəngdar inkişafı istiqamətində bundan sonra da səylər göstərəcəklər. Sizi bir daha ürəkdən təbrik edir, fəaliyyətinizdə yeni-yeni uğurlar və nailiyyətlər arzulayıram.İlham Əliyev,Azərbaycan Respublikasının PrezidentiBakı şəhəri, fevral 2023-cü il

07.02.2023

Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür

Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub.Uşaq yaşlarından idmanın boks növü ilə məşğul olmuş Mübariz İbrahimov 2005-ci ildə orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılmışdır. Azərbaycan Daxili İşlər Nazirliyinə bağlı xüsusi təyinatlı qüvvələrdə xidmət etmiş İbrahimov iki il sonra hərbi xidmətini bitirmiş, 2009-cu ildə isə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında könüllü xidmətə başlamışdır.Mübariz İbrahimov 18 iyundan 19 iyuna keçən gecə məktub yazaraq, xidmət etdiyi bölmədə heç kimə xəbər vermədən Dağlıq Qarabağ təmas xəttinə doğru irəliləməyə başlamışdır. O, Tərtər rayonunun Çaylı kəndində yerləşən Ermənistan Silahlı Qüvvələrinin zastavasına basqın etmişdir və burada beş saat döyüşərək səhər saatlarında şəhid olmuşdur. Baş tutan döyüş zamanı İbrahimov, müxtəlif mənbələrə görə, ən azı 4, ən çoxu isə 140 nəfər erməni əsgərini öldürmüşdür.Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib.Şəhid Mübariz İbrahimovun ailəsinə son məktubu:"Canım atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam - ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin".

07.02.2023

Başın sağ olsun, Türkiyə!

Başın sağ olsun, Türkiyə!

Qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik! 

06.02.2023

ADNSU Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə

ADNSU Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə "Time to change" təlimi keçirilib

Azərbaycan Mühəndislər Birliyi və ADNSU Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən "Time to change" təlimi uğurla başa çatıb.152 nəfərin iştirak etdiyi təlimdə mühəndis, professional CV eksperti - Eldar Mənsimov aşağıdakı mövzular haqqında məlumat vermişdir:• Universitet illərində nə etməli, ixtisas üzrə doğru istiqaməti necə seçməli;• Karyera planlaması;• Məqsədlər;• Hədəflər;• Planlar;• CV və motivasiya məktubu.Dəvətimizi qəbul edib, təcrübəsini tələbələrlə bölüşdüyünə görə Eldar Mənsimova təşəkkür edirik.WhatsApp Image 2023-02-02 at 15.56.45 (2).jpeg 91.69 KBWhatsApp Image 2023-02-02 at 15.56.45 (3).jpeg 83.34 KBWhatsApp Image 2023-02-02 at 15.56.45 (1).jpeg 94.48 KB

05.02.2023

ADNSU Debat Klubu Azərbaycan Gənclər Gününə həsr olunan Debat Raundunda təltif edilib

ADNSU Debat Klubu Azərbaycan Gənclər Gününə həsr olunan Debat Raundunda təltif edilib

2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunan Debat Raundu keçirilib. Tədbirdə Gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Gənclər Fondunun icraçı direktor müavini Qədir Xəlilov, Milli Məclisin deputatı Müşfiq Cəfərov, media nümayəndələri və gənclər iştirak edib.D64E5422-89A9-4A85-9EDF-A0654A084ABF.jpeg 760.63 KBTədbirin açılış nitqini "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin sədri Ülviyyə Axundova edib və qonaqları salamlayıb.33BB6613-AE05-413B-9569-E3D3B955D396.jpeg 548.83 KBRəsmi hissədən sonra il ərzində fəaliyyəti ilə fərqlənən debat klublar və fəal gənclər Azərbaycan Gənclər Günü münasibətilə mükafatlandırılıblar.Mükafatlandırılan debat klubları arasında ADNSU Debat Klubu da olmuşdur.3131106A-848C-452E-BEE6-DC80342BDE7A.jpeg 152.05 KB

03.02.2023

Bizimlə əlaqə

+994 12 493 54 57

adnsu-thik@atiahi.org

Azərbaycan, Bakı şəhəri, Azadlıq prospekti 16/21 (ADNSU, əsas tədris binası)

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo