THİK-in təşkilatçılığı ilə Heydər Əliyevin 100-cü ildönümünə həsr olunan "İntellektual yarış" keçirilib
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı, SABAH THİK və Geoloji kəşfiyyat fakültəsi (GKF) THİK-in təşəbbüsü ilə Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı intellektual yarış təşkil olunub.
Yarışda SABAH və GKF fakültələrinin fəal tələbələri öz biliklərini sınayıblar. Rəqabətli keçən oyunun sonunda GKF tələbələri üstünlüyü ələ alaraq qalib olmuşlar.