25 fevral tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı, professor-müəllim heyəti, ADNSU Tələbə Həmkarlar İttifaqı Komitəsi sədri Namiq Gəncəyev və bir qrup fəal tələbə Xocalı faciəsinin 31-ci il dönümü ilə əlaqədar “Ana Harayı” abidəsini ziyarət ediblər.
Daha sonra abidə önünə güllər düzülüb, faciə qurbanlarının xatirəsi ehtiramla yad edilib.