ADNSU THİK fəalları Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş "613" adlı fləşmobda iştirak ediblər
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin idarə heyəti və bir qrup fəal tələbəsi "Xocalıya Ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Soyqırımın 31-ci ildönümünə həsr olunmuş fləşmobda iştirak edib. Fləşmob Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə keçirilmişdir. Fləşmobda müxtəlif təhsil müəssisələrindən 3000-ə yaxın tələbə iştirak edib.