ADNSU THİK fəalları “2 fevral – Gənclər günü” münasibəti ilə Uşaqlar Evini ziyarət edib
1 fevral tarixində ADNSU THİK-in təşkilatçılığı, NMF THİK-in təşəbbüsü ilə bir qrup tələbə “2 fevral – Gənclər günü” münasibəti ilə Uşaqlar Evini ziyarət ediblər.Valideyn himayəsindən kənarda qalmış və xüsusi diqqətə ehtiyacı olan uşaqlar gələn qonaqları çox böyük həyəcan və sevinclə qarşılayıblar. Heyət tərəfindən təşkil olunan intellektual və əyləncəli oyunlar uşaqların geniş marağına səbəb olub. Daha sonra uşaqlara çoxlu sayda hədiyyələr paylanılıb.4239B334-31E5-43FE-96FB-A250F45D1285.jpeg 255.04 KB
02.02.2023
ATİAHİ Respublika Komitəsinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncləri” mövzusunda konfrans keçirilib
Fevralın 1-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncləri” mövzusunda konfrans keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransda çıxış edən AHİK sədrinin müavini Cavanşir Alxasov bildirib ki, 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdir. Bununla əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzvü olan sahə həmkarlar ittifaqları da müvafiq tədbirlər planı tərtib edib və həyata keçirir. Bugünkü tədbirimiz də ATİAHİ Respublika Komitəsi tərəfindən “Heydər Əliyev İli” ilə bağlı təşkil edilən silsilə tədbirlərdən biridir. Konfrans Ulu Öndərin gənclər siyasətinə həsr olunmuşdur. Sonra C.Alxasov Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısında xidmətlərindən danışıb. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərindən biri də onun gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində gördüyü işlərdir. Hələ keçən əsrin 70-80-ci illərində müdrik rəhbərin göstərişi ilə yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə, müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərildi. Həmin gənclər sonradan ali təhsilli mütəxəssis kimi ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində bacarıqlı kadr kimi fəaliyyətə başladılar. Heydər Əliyev gənclərin dövlət və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsi istiqamətində də mühüm addımlar atmışdır. Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli Fərmanı ilə ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradılmış, qısa vaxtda gənclər siyasətinin əsas konturları müəyyənləşdirilmişdir. 1995-ci ildə Gənclər Təşkilatlarının Milli Şurası yaradılmışdır. 1996-ci il fevralın 2-də gənclərin I Forumu keçirildi. Forumda ulu öndər Heydər Əliyev Azərbaycan gəncliyinin daha uğurlu sabahına inandığını vurğuladı. Həmin dövrdə gənclərin problemlərinin həllini təmin edən fərmanların imzalanması, qanunların qəbul edilməsi, gənclərin dövlət quruculuğuna fəal cəlb olunması dövlətin gənclər siyasətinə mühüm töhfə verdi. Bununla da Azərbaycan gəncinin tam hüquqlu vətəndaş kimi öz gələcəyinə sahib çıxması və ona göstərilən etimadı doğrultmağa çalışması üçün münbit şərait yaradıldı. Ümummilli Liderimizin 1997-ci il 2 fevral tarixində imzaladığı Fərmana əsasən həmin tarix “Azərbaycan gəncləri günü” elan edildi. Dövlətin gənclər siyasəti bu gün Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən yeni inkişaf mərhələsinə qaldırılıb. Bu dəstək və diqqət nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Eyni zamanda onlarda vətənpərvərlik ruhunu formalaşdırıb. Biz 44 günlük Vətən müharibəsi zamanı bunun bir daha şahidi olduq. Gənclər siyasəti, gənclərin inkişafı ilə bağlı Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətə dəstək vermək ATİAHİ Respublika Komitəsinin fəaliyyətində əsas istiqamətlərdən birini təşkil edir. Bu gün Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı 403484 nəfər ittifaq üzvünü özündə birləşdirir. Onların 187825 nəfərini gənclər təşkil edir. İttifaqımızın tərkibində olan ali məktəblər, kollec, peşə məktəbi və liseylərdə 168105 tələbə təhsil alır, onlardan da 104737 nəfəri ittifaqın üzvüdür. Hər il gənclərin sosial vəziyyətlərinin yaxşılaşdırılması, gənclər arasında kütləvi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, istedadlı gənclərin aşkara çıxarılması, onların istedad və qabiliyyətlərinin inkişafı üçün şəraitin yaradılması, gənclərin elmə, təhsilə marağının artırılması, xalqımızın tarixinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə edilməsi, hərbi vətənpərvərlik tərbiyəsi işinin aparılması ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Tələbə gənclərin sosial vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə ATİAHİ Respublika Komitəsinin vəsaiti hesabına aztəminatlı təbəqələrdən olan tələbələr üçün pulsuz nahar yeməyi verilir. Bizim bu işləri görməkdə məqsədimiz siz gənclərin asudə vaxtının səmərəli keçirilməsini, pis vərdişlərdən uzaq olmalarını təmin etmək, sizdə elmə, təhsilə maraq yaratmaqdır. Sonra çıxış edən AMEA Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev Heydər Əliyevin zəngin həyat və fəaliyyəti, Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərini diqqətə çatdırıb. Qeyd edib ki, Ulu Öndərin həyatı və siyasi fəaliyyəti müasir tariximizdə müstəsna yer tutur, istənilən sahənin inkişaf tarixinə nəzər saldıqda Heydər Əliyevin uğurlu siyasətinin şahidi oluruq. Ümummilli Lider vəzifədə olduğu illərdə dövrün mürəkkəbliyinə və görüləsi işlərinin çoxluğuna baxmayaraq, hər bir işin öhdəsindən layiqincə gəlib. Konfrans digər çıxışlarla davam edib.Konfrans digər çıxışlar ilə davam edib.E21A7267.JPG 3.77 MBE21A7268.JPG 3.51 MBE21A7276.JPG 3.84 MBE21A7279.JPG 3.24 MBE21A7283.JPG 3.01 MBE21A7304.JPG 4.04 MBE21A7309.JPG 3 MBE21A7311.JPG 2.88 MB
01.02.2023
AHİK-də həmkarlar ittifaqlarının veteranları ilə görüş keçirilib
Yanvarın 30-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) 30 illik yubileyi ərəfəsində uzun illər həmkarlar ittifaqları sahəsində çalışmış veteranlarla görüş keçirilib.Öncə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə çıxış edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev iştirakçıları, o cümlədən veteran həmkarlar işçilərini AHİK-in yaranmasının 30 illiyi münasibətilə təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıb.Ardınca S.Möhbalıyev Azərbaycan həmkarlar ittifaqlarının inkişaf tarixindən, fəaliyyət istiqamətlərindən, vətəndaş cəmiyyətinin formalaşmasında xidmətlərindən, həmçinin həmkarlar ittifaqlarına Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin göstərdiyi dövlət dəstəyindən bəhs edib.Bildirib ki, Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrdə həmkarlar ittifaqlarının fəaliyyətinə xüsusi diqqət ayırıb, qiymətli tövsiyələrini verib, qurultaylarına məktublar ünvanlayıb. Həmçinin dövlətimizin başçısı cənab İlham Əliyev də daim AHİK-in fəaliyyəti ilə maraqlanır, həyata keçirdiyi sosialyönümlü tədbirlərini təqdir edir, həmkarlar ittifaqı rəhbərlərini və fəallarını mükafatlandırır.AHİK sədri uzun illər həmkarlar ittifaqları sistemində çalışmış işçilərin fəaliyyətini yüksək qiymətləndirib və təsisatın inkişafında səmərəli xidmətlərindən danışaraq onlara təşəkkür edib.Vurğulayıb ki, ölkəmizdə əmək adamlarının sosial problemlərinin həlli, onlar üçün layiqli iş şəraitinin yardılması, əmək münasibətlərinin tənzimlənməsi, işçilərin qanuni mənafelərinin qorunması istiqamətində əldə olunmuş nailiyyətlərdə Sizin zəngin təcrübəniz və peşəkar fəaliyyətiniz əhəmiyyətli rol oynayıb.Qeyd edib ki, yaşadığımız qüdrətli dövlətimizdə vətəndaşlarımızın bütün hüquqları, o cümlədən əmək hüquqları ən yüksək səviyyədə təmin edilir və buna görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarıq.Çıxış edən veteranlar həmkarlar ittifaqları sistemindəki fəaliyyətlərindən danışıb, ötən günlər xatırlanıb.Sonda AHİK tərəfindən veteranlar mükafatlandırılıb.1-4.jpg 162.96 KB2-4.jpg 151.69 KB3-3.jpg 159.47 KB4-1.jpg 155.59 KB5-1.jpg 169.56 KB6.jpg 129.23 KB
30.01.2023
ADNSU THİK tələbələri Uşaq Evində
ADNSU THİK-in təşkilatçılığı, KTF THİK-in təşəbbüsü ilə bir qrup fəal gənc "Nur uşaq evi"-i ziyarət edib. Gənclərin gəlişi buradakı azyaşlıların sevincinə səbəb olub.Daha sonra tələbələr buradakı uşaqlar ilə yaxından tanış olub, onlarla gözəl zaman keçiriblər.Ziyarət zamanı tələbələrimiz uşaqlar üçün maraqlı hədiyyələr, oyuncaqlar hədiyyə edib.Sonda isə kollektiv xatirə şəkli çəkilib.8FDDCD45-0D67-4EF3-8510-A5D0006D7661.jpeg 3.61 MB
29.01.2023
Gəncə şəhərində AHİK-in 30 illiyi münasibətilə “AHİK 30: Həmkarlar hərəkatının tarixi və gələcək perspektivlərə bir baxış” mövzusunda zona konfransı keçirilib
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaranmasının 30 illik yubileyi ilə əlaqədar silsilə tədbirlərini davam etdirir. ATİAHİ Respublika Komitəsinin təşkilatçılığı ilə növbəti zona konfransını Gəncə şəhərində keçirib. Konfransın mövzusu “AHİK 30: Həmkarlar hərəkatının tarixi və gələcək perspektivlərə bir baxış” olub. Tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, ATİAHİ Gəncə, Naftalan şəhər, Kəlbəcər, Xocalı, Goranboy, Ağdam, Bərdə, Tərtər, Ağcabədi, Samux, Göygöl, Daşkəsən, Şəmkir, Ağstafa, Tovuz rayon komitələrinin sədrləri və həmkarlar ittifaqı fəalları iştirak edib. Konfransda əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib. Sonra AHİK-in 30 illik yubileyi ilə əlaqədar hazırlanmış video çarx nümayiş etdirilib. Konfransda ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, Gəncə şəhər komitəsinin sədri Bayram Hacıyev və həmkarlar ittifaqı fəalları çıxış edərək Azərbaycanda həmkarlar ittifaqı hərəkatının yaranması və keçdiyi tarixi inkişaf yolundan, təşkilatın həmkarlar ittifaqı üzvlərinin əmək, sosial, iqtisadi hüquqları və qanuni mənafelərinin müdafiəsi ilə bağlı gördüyü işlərdən danışıblar. Tədbirin sonunda AHİK-in 30 illik yubileyi ilə əlaqədar həmkarlar ittifaqı fəallarına Fəxri Fərmanlar təqdim olunub. IMG_9614.JPG 1.27 MB
28.01.2023
ADNSU-da Halliburton şirkətinin “Info day” sessiyası baş tutub
ADNSU Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi və Azərbaycan Mühəndislər Birliyinin dəvəti ilə nüfuzlu neft şirkətlərindən biri olan Halliburton şirkətinin “Info day” sessiyası baş tutub.Halliburton şirkətinin İnsan Resursları üzrə rəhbəri Vüsalə Əkbərova iştirak edən gənclərə Halliburton və onun gördüyü işlər, işə qəbul prosesi, əldə edə biləcəkləri imkanlar və təcrübə proqramları haqqında ümumi məlumat verib, daha sonra isə ixtisaslarını gərəkli və müasir dünyada perspektivli edən detallardan danışmışdır. Sonda gənclərin suallarına xüsusi diqqət ayırmış və hər birini tək-tək cavablandırmışdır. Gənclərin gələcək karyera həyatı üçün gərəkli olan məlumatları bizimlə bölüşməsi üçün yaratdığı şəraitə görə Halliburton şirkətinə və Vüsalə Əkbərovaya xüsusi təşəkkürümüzü bildiririk!C5611E5B-699D-4C92-9ABD-FA030E9C638B.jpeg 150.99 KBB13AE719-40A9-45B5-91F5-69BCA0A2C659.jpeg 204.95 KBB4A3F894-417E-419C-824A-4B36F0700C29.jpeg 211.08 KB
27.01.2023
Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən ADNSU THİK-in fəal gəncləri “ 2 fevral Gənclər Günü” münasibətilə mükafatlandırılıb
26 yanvar tarixində Nəsimi Rayon İcra Hakimiyyətinin “Heydər Əliyev ili” çərçivəsində “2 fevral Gənclər Günü” adlı tədbiri keçirilmişdir.Tədbirdə universitetimizin neft mexanika fakültəsinin (NMF) sədri, Şiralıyev Məhəmməd gənclərin ictimai - siyasi fəallığının artırılmasında səmərəli fəaliyyətlərinə,informasiya texnologiyaları və idarəetmə fakültəsinin keçmiş sədri, hazırda isə ADNSU THİK-in sayt admini olan Əliyev Rəşid isə tələbə təşkilatlarında seçilən uğurlu fəaliyyətinə görə Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən təltif olunmuşlar.2FFD4883-2FCB-49BF-AA9E-09752B8048D1.jpeg 294.34 KB9CA1A851-0215-495C-8106-3C1294E5D187.jpeg 240.92 KB
27.01.2023
"İTalk Academy" əməkdaşları tələbələrlə conversation keçirib
ADNSU THİK-in təşkilatçılığı, EF THİK-in təşəbbüsü ilə yeni tədris ilinin ilk conversation'u keçirilib.Təlimdə "İTalk Academy"-nin əməkdaşları - kursun icraçı direktoru Gülnar Əliyeva, baş müəllim Elşən Qasımlı, müəllim Naz İbadlı və tələbələr iştirak etmişdir. Ümumilikdə 2 saat davam edən təlimin ilk hissəsi "İngilis dilinin mənim həyatımda rolu?", ikinci hissəsi "İngilis dilini asan üsullarla necə öyrənə bilərəm?" mövzuları ətrafında olub. WhatsApp Image 2023-01-26 at 23.26.07.jpeg 72.82 KBDaha sonra könüllülük prinsipi ilə öz ingilis dili səviyyəsini öyrənmək istəyən tələbələrimizlə sual cavab olunub. Sonda isə "İTalk Academy"-nin əməkdaşları tələbələrimizlə xatirə şəkilləri çəkdiriblər.WhatsApp Image 2023-01-26 at 23.26.08.jpeg 68.46 KBWhatsApp Image 2023-01-26 at 23.26.08 (1).jpeg 114.35 KBWhatsApp Image 2023-01-26 at 23.26.09.jpeg 59.98 KBWhatsApp Image 2023-01-26 at 23.26.08 (2).jpeg 198.45 KB
26.01.2023
AHİK-in 30 illiyi münasibətilə növbəti zona konfransı Sumqayıtda keçirilib
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaranmasının 30 illik yubileyi ilə əlaqədar növbəti zona konfransını Sumqayıt şəhərində keçirib. “AHİK 30: Həmkarlar hərəkatının tarixi və gələcək perspektivlərə bir baxış” mövzusunda keçirilən konfransda ATİAHİ Respublika Komitəsinin sədri müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, ATİAHİ Sumqayıt şəhər, Quba, Qusar, Xaçmaz, Siyəzən, Xızı, Abşeron, Laçın, Füzuli, Qubadlı rayon komitələrinin sədrləri və həmkarlar ittifaqı fəalları iştirak edib. Konfransda əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib. Sonra AHİK-in 30 illik yubileyi ilə əlaqədar hazırlanmış video çarx nümayiş etdirilib. ATİAHİ Respublika Komitəsinin Təşkilat şöbəsinin müdiri Emil Rüstəmovun moderatorluğu ilə keçirilən konfransda ATİAHİ Respublika Komitəsi sədrinin müavini M.Cəfərzadə məruzə ilə çıxış edərək Azərbaycanda həmkarlar ittifaqı hərəkatının yaranması və keçdiyi tarixi inkişaf yolundan danışıb. Bildirib ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1992-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Şurasına daxil olan 6 həmkarlar ittifaqı – Elektrik Stansiyaları və Elektrotexnika, Avtonəqliyyat və Yol Təsərrüfatı, Rabitə, Sahibkarlıq, Aviasiya və İnşaat Kompleksi İşçiləri Həmkarlar İttifaqları növbədənkənar qurultay çağırmaq təşəbbüsü qaldırdılar və 5 fevral 1993-cü ildə keçirilən təsis qurultayında Azərbaycan Həmkarlar İttifaqları Şurası özünü buraxaraq səlahiyyətlərini konfederativ tipli Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ötürdü. Bu təşkilatın yaranması ilə həmkarlar ittifaqlarının fəaliyyətində inzibati-amirlik metodlarına son qoyuldu, sahə həmkarlar ittifaqlarının səlahiyyətləri özlərinə qaytarıldı. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın tələbi əsasında yenidən ölkə rəhbərliyinə gəlməsi ilə bütün sahələrdə olduğu kimi, ictimai təşkilatların, o cümlədən həmkarlar ittifaqlarının da həyatında köklü dəyişikliklər baş verdi, ictimai proseslərə səlahiyyətləri çərçivəsində müdaxilə etmək imkanları artdı. Ulu Öndərin demokratik yöndə inkişaf edən vətəndaş cəmiyyətinə verdiyi dəyərin əlaməti olaraq 1994-cü ildə Ulu Öndərin şəxsi təşəbbüsü və nəzarəti altında keçmiş postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda “Həmkarlar ittifaqları haqqında” qanun qəbul edildi. Bununla da təşkilatın fəaliyyəti genişləndi, nüfuzu özünə qaytarıldı, üzvlərin sayı artmağa başladı, qarşısında ictimai təşkilat kimi sərbəst və müstəqil imkanlar açıldı”.2003-cü ildə cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə həmkarlar ittifaqlarının qarşısında yeni imkanların açıldığını qeyd edən M.Cəfərzadə bildirib ki, ölkə başçısı hər zaman həmkarlar ittifaqı təşkilatlarının rolunu yüksək qiymətləndirib: “Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bərqərar olan demokratik mühit, insan hüquq və azadlıqlarına ali münasibət, vətəndaş cəmiyyətinin inkişafına göstərilən yüksək dəstək AHİK-in də sərbəst və müstəqil fəaliyyətinə geniş imkanlar açır. Fəxarətlə deyə bilərik ki, Ulu öndərin tövsiyələrinə uyğun olaraq, bu gün həmkarlar ittifaqları əmək prosesinə cəlb olunmuş Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəçisi kimi ölkəmizdə fəaliyyət göstərən bütün müəssisələrdə, o cümlədən xarici sərmayə ilə işləyən təşkilatlarda, transmilli kampaniyalarda iş şəraitinin müasir standartlara uyğunlaşdırılması, sosial problemlərin həlli və əmək hüquqlarının təmin olunması sahəsində yeni metod və vasitələrdən istifadə edərək daha ardıcıl və məqsədyönlü fəaliyyət göstərir. Həmçinin əmək münasibətlərinin tənzimlənməsi, işçilərin əmək hüquqlarının qorunması, onların sosial müdafiəsinin, asudə vaxtının təşkili, müəssisə rəhbərləri ilə işçilər arasında əmək münasibətlərinin normal məcrada qurulması, yarana biləcək ziddiyyətlərin aradan qaldırılması, işçilərin qanuni mənafelərinin qorunması istiqamətində fəal iş aparılır”. Sonra konfransda ATİAHİ Quba rayon komitəsinin sədri İradə İsrailova, Sumqayıt şəhər komitəsinin sədri Xudaverdi Əliyev, Abşeron rayon komitəsinin sədri Vahid Əliyev, Şabran rayon komitəsinin sədri Seymur Qədəşov və başqaları çıxış edərək AHİK-in keçdiyi inkişaf yolundan, həmkarlar ittifaqı üzvlərinin əmək, sosial, iqtisadi hüquqları və qanuni mənafelərinin müdafiəsi ilə bağlı görülən işlərdən danışıblar. Tədbirin sonunda AHİK-in 30 illik yubileyi ilə əlaqədar həmkarlar ittifaqı fəallarına Fəxri Fərmanlar təqdim olunub. IMG_9520.JPG 1.06 MBIMG_9532.JPG 1.55 MBIMG_9535.JPG 1.43 MBIMG_9536.JPG 1.41 MBIMG_9598.JPG 1.46 MB
26.01.2023
AHİK-in 30 illiyi münasibətilə Şəki şəhərində zona konfransı təşkil olunub
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaranmasının 30 illik yubileyi ilə əlaqədar növbəti zona konfransı Şəki şəhərində təşkil olunub. “AHİK 30: Həmkarlar hərəkatının tarixi və gələcək perspektivlərə bir baxış” mövzusunda keçirilən konfransda ATİAHİ Respublika Komitəsinin sədri müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Şəki şəhər İcra Hakimiyyətinin aparıcı məsləhətçisi Anar Məmmədov, ATİAHİ Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Ağsu, Qobustan, Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab rayon komitələrinin sədrləri və həmkarlar ittifaqı fəalları iştirak edib. ATİAHİ Şəki rayon komitəsinin sədri Ziyafət Xasıyevanın moderatorluğu ilə keçirilən konfransda əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib. Sonra ATİAHİ Respublika Komitəsi sədrinin müavini M.Cəfərzadə məruzə ilə çıxış edərək Azərbaycanda həmkarlar ittifaqı hərəkatının yaranması və keçdiyi tarixi inkişaf yolundan danışıb. Bildirib ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ictimai-siyasi həyatın bütün sahələrində olduğu kimi, həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətində də xeyli dəyişiklik baş verib. 1992-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Şurasına daxil olan 6 həmkarlar ittifaqı – Elektrik Stansiyaları və Elektrotexnika, Avtonəqliyyat və Yol Təsərrüfatı, Rabitə, Sahibkarlıq, Aviasiya və İnşaat Kompleksi İşçiləri Həmkarlar İttifaqları növbədənkənar qurultay çağırmaq təşəbbüsü qaldırdılar və 5 fevral 1993-cü ildə keçirilən təsis qurultayında Azərbaycan Həmkarlar İttifaqları Şurası özünü buraxaraq səlahiyyətlərini konfederativ tipli Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ötürdü. Bu təşkilatın yaranması ilə həmkarlar ittifaqlarının fəaliyyətində inzibati-amirlik metodlarına son qoyuldu, sahə həmkarlar ittifaqlarının səlahiyyətləri özlərinə qaytarıldı. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın tələbi əsasında yenidən ölkə rəhbərliyinə gəlməsi ilə bütün sahələrdə olduğu kimi, ictimai təşkilatların, o cümlədən həmkarlar ittifaqlarının da həyatında köklü dəyişikliklər baş verdi, ictimai proseslərə səlahiyyətləri çərçivəsində müdaxilə etmək imkanları artdı. Ulu Öndərin demokratik yöndə inkişaf edən vətəndaş cəmiyyətinə verdiyi dəyərin əlaməti olaraq 1994-cü ildə Ulu Öndərin şəxsi təşəbbüsü və nəzarəti altında keçmiş postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda “Həmkarlar ittifaqları haqqında” qanun qəbul edildi. Bununla da təşkilatın fəaliyyəti genişləndi, nüfuzu özünə qaytarıldı, üzvlərin sayı artmağa başladı, qarşısında ictimai təşkilat kimi sərbəst və müstəqil imkanlar açıldı”.2003-cü ildə cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə həmkarlar ittifaqlarının qarşısında yeni imkanların açıldığını qeyd edən M.Cəfərzadə bildirib ki, ölkə başçısı hər zaman həmkarlar ittifaqı təşkilatlarının rolunu yüksək qiymətləndirib: “Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bərqərar olan demokratik mühit, insan hüquq və azadlıqlarına ali münasibət, vətəndaş cəmiyyətinin inkişafına göstərilən yüksək dəstək AHİK-in də sərbəst və müstəqil fəaliyyətinə geniş imkanlar açır. Fəxarətlə deyə bilərik ki, Ulu öndərin tövsiyələrinə uyğun olaraq, bu gün həmkarlar ittifaqları əmək prosesinə cəlb olunmuş Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəçisi kimi ölkəmizdə fəaliyyət göstərən bütün müəssisələrdə, o cümlədən xarici sərmayə ilə işləyən təşkilatlarda, transmilli kampaniyalarda iş şəraitinin müasir standartlara uyğunlaşdırılması, sosial problemlərin həlli və əmək hüquqlarının təmin olunması sahəsində yeni metod və vasitələrdən istifadə edərək daha ardıcıl və məqsədyönlü fəaliyyət göstərir. Həmçinin əmək münasibətlərinin tənzimlənməsi, işçilərin əmək hüquqlarının qorunması, onların sosial müdafiəsinin, asudə vaxtının təşkili, müəssisə rəhbərləri ilə işçilər arasında əmək münasibətlərinin normal məcrada qurulması, yarana biləcək ziddiyyətlərin aradan qaldırılması, işçilərin qanuni mənafelərinin qorunması istiqamətində fəal iş aparılır”. Sonra konfransda Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Şəki şəhər İcra Hakimiyyətinin aparıcı məsləhətçisi Anar Məmmədov, ATİAHİ Şəki rayon komitəsinin sədri Ziyafət Xasıyeva, ATİAHİ İsmayıllı rayon komitəsinin sədri Hafiz Kərimov və digərləri çıxış edərək AHİK-in keçdiyi inkişaf yolundan, həmkarlar ittifaqı üzvlərinin əmək, sosial, iqtisadi hüquqları və qanuni mənafelərinin müdafiəsi ilə bağlı görülən işlərdən danışıblar. Tədbirin sonunda AHİK-in 30 illik yubileyi ilə əlaqədar həmkarlar ittifaqı fəallarına Fəxri Fərmanlar təqdim olunub. IMG_9334.JPG 1.86 MBIMG_9354.JPG 1.95 MBIMG_9322.JPG 2.52 MBIMG_9362.JPG 2.13 MBIMG_9380.JPG 1.87 MBIMG_9391.JPG 1.94 MBIMG_9402.JPG 2.09 MBIMG_9405.JPG 2.06 MBIMG_9431.JPG 2.31 MBIMG_9444.JPG 1.98 MBIMG_9456.JPG 2.16 MBIMG_9505.JPG 2.37 MB
23.01.2023
ADNSU THİK fəalları Şəhidlər Xiyabanını ziyarət ediblər
Bu gün qanlı 20 Yanvar faciəsindən 33 il ötür. 20 yanvar faciəsi xalqımızın yaddaşında hüzn və kədər, qürur, qəhrəmanlıq səhifəsi kimi qalıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərin qanı ilə Azərbaycanın yeni tarixi yazılıb. Həmin hadisə xalqımızın qəhrəmanlıq dastanına ən parlaq səhifələrdən biri kimi daxil olub. Dövlət müstəqilliyimizin bərpası, azadlığımız üçün ilk növbədə 20 Yanvar şəhidlərinə borcluyuq. Yanvar faciəsinin ertəsi günü o vaxt Moskvada yaşayan ümummilli lider Heydər Əliyev Azərbaycanın Rusiyadakı daimi nümayəndəliyinə gəlib, burada xalqımızın kədərini bölüşüb və kommunist rejiminin respublikamızda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pisləyən bəyanatla çıxış edib. Böyük liderin bu addımı xalqımıza güc verib, ona dayaq və dəstək olub. Belə bir gündə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) bir qrup fəal tələbələri, fakültə sədrləri də Qanlı Yanvar faciəsində həlak olanların əziz xatirəsini yad etmək məqsədi ilə Şəhidlər Xiyabanını ziyatət ediblər.photo_5357274169462605952_y.jpg 138.85 KBphoto_5357274169462605951_y.jpg 195.5 KBAllah bütün şəhidlərimizə rəhmət etsin və xalqımıza bir daha belə acı hadisələr yaşatmasın!
20.01.2023
“AHİK 30: Həmkarlar hərəkatının tarixi və gələcək perspektivlərə bir baxış” mövzusunda zona konfransı keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaranmasının 30 illik yubileyi ilə əlaqədar Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq Lənkəran şəhərində “AHİK 30: Həmkarlar hərəkatının tarixi və gələcək perspektivlərə bir baxış” mövzusunda zona konfransı keçirilib. ATİAHİ Respublika Komitəsinin sədri müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov, rayon komitəsi sədrlərinin və həmkarlar ittifaqı fəallarının iştirak etdiyi konfrans Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Konfransda ATİAHİ Respublika Komitəsinin sədri müavini Mirzə Cəfərzadə Azərbaycanda həmkarlar ittifaqı hərəkatının yaranması və keçdiyi tarixi inkişaf yolu ilə bağlı geniş məruzə ilə çıxış edib. Bildirib ki, həmkarlar ittifaqları böyük tarixi yol qət edərək bir sıra sınaqlardan keçib. Zaman-zaman dövrün tələblərinə uyğun davamlı inkişafı təmin etməklə aparılmış islahatlarla, yenilənmiş hüquqi mexanizmlərlə statusunu müəyyən edib və sosial tərəfdaşlığın təminatçısı kimi humanist mövqeyi ilə hər bir cəmiyyətdə böyük nüfuz sahibi olmağı bacarıb. Mövcud olduğu dövrdən bu günə kimi əmək adamlarının, zəhmətkeşlərin hüquqlarının müdafiəçisi funksiyasını əlində əsas tutaraq bu missiyanın uğurlu icrasının təmin olunmasına xidmətlər göstərib. Sovet dövründə həmkarlar ittifaqlarının inkişafında bir sıra uğurların əldə olunduğunu qeyd edən M.Cəfərzadə bildirib ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ictimai-siyasi həyatın bütün sahələrində olduğu kimi, həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətində də xeyli dəyişiklik baş verib: “1992-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Şurasına daxil olan 6 həmkarlar ittifaqı – Elektrik Stansiyaları və Elektrotexnika, Avtonəqliyyat və Yol Təsərrüfatı, Rabitə, Sahibkarlıq, Aviasiya və İnşaat Kompleksi İşçiləri Həmkarlar İttifaqları bu qurumun fəaliyyəti ilə razı olmadıqlarını bəyan etdilər və növbədənkənar qurultay çağırmaq təşəbbüsü qaldırdılar. 5 fevral 1993-cü ildə keçirilən təsis qurultayında Azərbaycan Həmkarlar İttifaqları Şurası özünü buraxaraq səlahiyyətlərini konfederativ tipli Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ötürdü. Bu təşkilatın yaranması ilə həmkarlar ittifaqlarının fəaliyyətində inzibati-amirlik metodlarına son qoyuldu, sahə həmkarlar ittifaqlarının səlahiyyətləri özlərinə qaytarıldı. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın tələbi əsasında yenidən ölkə rəhbərliyinə gəlməsi ilə bütün sahələrdə olduğu kimi, ictimai təşkilatların, o cümlədən həmkarlar ittifaqlarının da həyatında köklü dəyişikliklər baş verdi, ictimai proseslərə səlahiyyətləri çərçivəsində müdaxilə etmək imkanları artdı. Ulu Öndərin demokratik yöndə inkişaf edən vətəndaş cəmiyyətinə verdiyi dəyərin əlaməti olaraq 1994-cü ildə Ulu Öndərin şəxsi təşəbbüsü və nəzarəti altında keçmiş postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda “Həmkarlar ittifaqları haqqında” qanun qəbul edildi. Bununla da təşkilatın fəaliyyəti genişləndi, nüfuzu özünə qaytarıldı, üzvlərin sayı artmağa başladı, qarşısında ictimai təşkilat kimi sərbəst və müstəqil imkanlar açıldı”.M.Cəfərzadə qeyd edib ki, 2003-cü ildə dövlət başçısı seçilən cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu davam etdirərək ölkəmizin həyatının bütün sahələrində böyük nailiyyətlərə imza atdı. Hər bir Azərbaycan vətəndaşı bunu qısa müddətdə öz həyatında hiss etməyə başladı, o cümlədən həmkarlar ittifaqlarının qarşısında yeni imkanlar açdı: “Möhtərəm Prezidentimiz daim AHİK-in fəaliyyəti ilə maraqlanır, onun qurultaylarına təbrik məktubları göndərir, qiymətli tövsiyələrini verir, həmkarlar ittifaqları xadimlərini və fəallarını dövlət təltifləri ilə mükafatlandırır. Həmçinin insanların iqtisadi və sosial mənafelərinin, əmək hüquqlarının qorunması sahəsində həmkarlar ittifaqlarının rolunu yüksək qiymətləndirir. Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bərqərar olan demokratik mühit, insan hüquq və azadlıqlarına ali münasibət, vətəndaş cəmiyyətinin inkişafına göstərilən yüksək dəstək AHİK-in də sərbəst və müstəqil fəaliyyətinə geniş imkanlar açır. Fəxarətlə deyə bilərik ki, Ulu öndərin tövsiyələrinə uyğun olaraq, bu gün həmkarlar ittifaqları əmək prosesinə cəlb olunmuş Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəçisi kimi ölkəmizdə fəaliyyət göstərən bütün müəssisələrdə, o cümlədən xarici sərmayə ilə işləyən təşkilatlarda, transmilli kampaniyalarda iş şəraitinin müasir standartlara uyğunlaşdırılması, sosial problemlərin həlli və əmək hüquqlarının təmin olunması sahəsində yeni metod və vasitələrdən istifadə edərək daha ardıcıl və məqsədyönlü fəaliyyət göstərir. Həmçinin əmək münasibətlərinin tənzimlənməsi, işçilərin əmək hüquqlarının qorunması, onların sosial müdafiəsinin, asudə vaxtının təşkili, müəssisə rəhbərləri ilə işçilər arasında əmək münasibətlərinin normal məcrada qurulması, yarana biləcək ziddiyyətlərin aradan qaldırılması, işçilərin qanuni mənafelərinin qorunması istiqamətində fəal iş aparılır”. Çıxışının sonunda M.Cəfərzadə əminlik ifadə edərək bildirib ki, AHİK bundan sonra da dövlətimizin başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşəcək və həmkarlar ittifaqı üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsində səmərəli fəaliyyət göstərəcəkdir. Sonra konfransda Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov, ATİAHİ Salyan rayon komitəsinin sədri Yaqut Ələsgərova, Yardımlı rayon komitəsinin sədri Azər Ələkbərov çıxış edərək AHİK-in keçdiyi inkişaf yolundan danışıblar. Tədbirin sonunda AHİK-in 30 illik yubileyi ilə əlaqədar həmkarlar ittifaqı fəallarına Fəxri Fərmanlar təqdim olunub. WhatsApp Image 2023-01-13 at 20.47.29 (5).jpeg 156.03 KBWhatsApp Image 2023-01-13 at 20.47.29 (4).jpeg 199.86 KBWhatsApp Image 2023-01-13 at 20.47.29 (2).jpeg 155.65 KBWhatsApp Image 2023-01-13 at 20.47.29 (1).jpeg 137.86 KBWhatsApp Image 2023-01-13 at 20.42.56.jpeg 152.46 KBWhatsApp Image 2023-01-13 at 20.42.55 (1).jpeg 149.65 KBWhatsApp Image 2023-01-13 at 20.42.55.jpeg 245.91 KB
14.01.2023
ADNSU-da THİK-in təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd olunub
Dekabrın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunmuş tədbir keçirilib.Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin professor-müəllim heyəti, ADNSU THİK-in sədri Namiq Gəncəyev və tələbələr iştirak ediblər.Tədbiri açılış nitqi ilə açan rektor, professor Mustafa Babanlı 2022-ci ildə universitetimizin qazandığı uğurlar barəsində danışıb və yeni təqvim ilində tələbələrə uğurlar arzu edib.mustafa.jpg 1.18 MBTədbir rəsmi hissədən sonra ADNSU-nun “Gənclik” mahnı və rəqs ansamblının, eləcə də tanınmış incəsənət xadimləri və müğənnilərin iştirakı ilə konsert proqramı ilə davam edib.1.jpeg 1.4 MB2.jpeg 1.3 MB3.jpeg 1.46 MB4.jpeg 1.02 MB5.jpeg 1.15 MB6.jpeg 1.34 MB
31.12.2022
ADNSU THİK Rəyasət Heyəti ATİAHİ-nin təşkil etdiyi Yeni il tədbirində iştirak edib
ATİAHİ Respublika Komitəsi Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar tədbir təşkil edibDekabrın 26-da Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunmuş tədbir keçirilib. Tədbirdə giriş nitqi ilə çıxış edən ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə ilk öncə tədbir iştirakçılarını salamlayıb, daha sonra 2022-ci il ərzində görülən işlər barəsində qısa məlumat verib. M.Cəfərzadə tədbirdə iştirak edən və edə bilməyən bütün həmkarları qarşıdan gələn Həmrəylik Günü və yeni il münasibəti ilə AHİK sədri hörmətli Səttar Möhbalıyevin adından təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıbTədbir daha sonra konsert proqramıı ilə davam edib.
26.12.2022
ATİAHİ-nin nümayəndə heyəti qadınların beynəlxalq konfransında iştirak edib
Türkiyə Cümhuriyyətinin Antalya şəhərində “Türk dünyasında sosial həyat və iş həyatında qadının rolu” mövzusunda konfrans keçirilib.Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqı Birliyinin və Türk Egitim-Senin təşkilatçılığı ilə keçirilən bu konfransda təşkilatımızı ATİAHİ-nin Gender məsələləri üzrə ictimai komissiyasının və Qaradağ rayon komitəsinin sədri Zümrüd Rzayeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsi Həmkarlar İttifaqı Komitəsinin sədri İlahə Talıbova, Pirallah rayon komitəsinin sədri Arzu Cahangirova, Gəncə Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova, Bakı Mühəndislik Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Ləman Şərifova və Azərbaycan Dillər Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Zəhra Hüseynova təmsil edib. Konfransda giriş sözü ilə çıxış edən Türk Eğitim-Sen və Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birilliyinin sədri Talip Geylan türkdilli təşkilatların qadın nümayəndələrini salamlayıb və belə bir möhtəşəm tədbirə ev sahibliyi etdiyi üçün qürur hissi duyduğunu bildirib. O öz çıxışında iş həyatında qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi, qadın hüquqları, iş həyatında qadınlara qarşı məhdudiyyətlər, qadınlara göstərilən şiddət və gender bərabərliyi ilə bağlı çıxış edib, qadınların iş həyatında daha fəal olması üçün mübarizə aparmağın vacib odluğunu söyləyib. Konfrans öz işinə qadın hüquqları ilə bağlı 10 mövzu üzrə müzakirələrlə davam etdirib. Bu müzakirələrdə ATİAHİ-nin nümayəndə heyəti fəal iştirak edib və mövzular üzrə çıxışlar ediblər. Konfransın sonunda direktivlər yaratmaq məqsədi ilə qadın hüquqları və gender bərabərliyi ilə bağlı 37 maddədən ibarət qətnamə qəbul edilib. Sonda xatirə şəkili çəkilib və nümayəndə heyətlərinin rəhbərlərinə hədiyyələr təqdim olunub. Qeyd edək ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının da üzv olduğu Avrasiya Təhsil Işçiləri Beynəlxalq Həmkarlar İttifaqı Birliyi 2006-cı ildə yaradılıb və 10 türkdilli təşkilatı özündə birləşdirir.MEB_1540.JPG 9.52 MBMEB_1561.JPG 9.86 MBMEB_1571.JPG 9.36 MBMEB_1594.JPG 9.48 MBMEB_1636.JPG 10.13 MBMEB_1698.JPG 9.72 MBMEB_1821.JPG 9.99 MBMEB_2016.JPG 10.21 MBMEB_2274.JPG 10.06 MBMEB_2295.JPG 9.47 MBMEB_2344.JPG 9.76 MBMEB_2356.JPG 11.36 MBMEB_2364.JPG 9.93 MBMEB_2590.JPG 9.65 MBMEB_2775.JPG 9.98 MBMEB_2782.JPG 11.97 MBMEB_2788.JPG 10.04 MBMEB_2795.JPG 10.27 MB
20.12.2022
Bizimlə əlaqə
+994 12 493 54 57
adnsu-thik@atiahi.org
Azərbaycan, Bakı şəhəri, Azadlıq prospekti 16/21 (ADNSU, əsas tədris binası)