ADNSU THİK fəalları “2 fevral – Gənclər günü” münasibəti ilə Uşaqlar Evini ziyarət edib
1 fevral tarixində ADNSU THİK-in təşkilatçılığı, NMF THİK-in təşəbbüsü ilə bir qrup tələbə “2 fevral – Gənclər günü” münasibəti ilə Uşaqlar Evini ziyarət ediblər. Valideyn himayəsindən kənarda qalmış və xüsusi diqqətə ehtiyacı olan uşaqlar gələn qonaqları çox böyük həyəcan və sevinclə qarşılayıblar. Heyət tərəfindən təşkil olunan intellektual və əyləncəli oyunlar uşaqların geniş marağına səbəb olub. Daha sonra uşaqlara çoxlu sayda hədiyyələr paylanılıb.
Bizimlə əlaqə
+994 12 493 54 57
adnsu-thik@atiahi.org
Azərbaycan, Bakı şəhəri, Azadlıq prospekti 16/21 (ADNSU, əsas tədris binası)