ADNSU-da THİK-in təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd olunub
Dekabrın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunmuş tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin professor-müəllim heyəti, ADNSU THİK-in sədri Namiq Gəncəyev və tələbələr iştirak ediblər.
Tədbiri açılış nitqi ilə açan rektor, professor Mustafa Babanlı 2022-ci ildə universitetimizin qazandığı uğurlar barəsində danışıb və yeni təqvim ilində tələbələrə uğurlar arzu edib. mustafa.jpg1.18 MB
Tədbir rəsmi hissədən sonra ADNSU-nun “Gənclik” mahnı və rəqs ansamblının, eləcə də tanınmış incəsənət xadimləri və müğənnilərin iştirakı ilə konsert proqramı ilə davam edib.