ADNSU THİK-in təşkilatçılığı, EF THİK-in təşəbbüsü ilə yeni tədris ilinin ilk conversation'u keçirilib. Təlimdə "İTalk Academy"-nin əməkdaşları - kursun icraçı direktoru Gülnar Əliyeva, baş müəllim Elşən Qasımlı, müəllim Naz İbadlı və tələbələr iştirak etmişdir. Ümumilikdə 2 saat davam edən təlimin ilk hissəsi "İngilis dilinin mənim həyatımda rolu?", ikinci hissəsi "İngilis dilini asan üsullarla necə öyrənə bilərəm?" mövzuları ətrafında olub. WhatsApp Image 2023-01-26 at 23.26.07.jpeg72.82 KB
Daha sonra könüllülük prinsipi ilə öz ingilis dili səviyyəsini öyrənmək istəyən tələbələrimizlə sual cavab olunub. Sonda isə "İTalk Academy"-nin əməkdaşları tələbələrimizlə xatirə şəkilləri çəkdiriblər.