ADNSU Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi və Azərbaycan Mühəndislər Birliyinin dəvəti ilə nüfuzlu neft şirkətlərindən biri olan Halliburton şirkətinin “Info day” sessiyası baş tutub.
Halliburton şirkətinin İnsan Resursları üzrə rəhbəri Vüsalə Əkbərova iştirak edən gənclərə Halliburton və onun gördüyü işlər, işə qəbul prosesi, əldə edə biləcəkləri imkanlar və təcrübə proqramları haqqında ümumi məlumat verib, daha sonra isə ixtisaslarını gərəkli və müasir dünyada perspektivli edən detallardan danışmışdır.
Sonda gənclərin suallarına xüsusi diqqət ayırmış və hər birini tək-tək cavablandırmışdır. Gənclərin gələcək karyera həyatı üçün gərəkli olan məlumatları bizimlə bölüşməsi üçün yaratdığı şəraitə görə Halliburton şirkətinə və Vüsalə Əkbərovaya xüsusi təşəkkürümüzü bildiririk!