ADNSU THİK fəalları Şəhidlər Xiyabanını ziyarət ediblər
Bu gün qanlı 20 Yanvar faciəsindən 33 il ötür. 
20 yanvar faciəsi xalqımızın yaddaşında hüzn və kədər, qürur, qəhrəmanlıq səhifəsi kimi qalıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərin qanı ilə Azərbaycanın yeni tarixi yazılıb. Həmin hadisə xalqımızın qəhrəmanlıq dastanına ən parlaq səhifələrdən biri kimi daxil olub. Dövlət müstəqilliyimizin bərpası, azadlığımız üçün ilk növbədə 20 Yanvar şəhidlərinə borcluyuq. Yanvar faciəsinin ertəsi günü o vaxt Moskvada yaşayan ümummilli lider Heydər Əliyev Azərbaycanın Rusiyadakı daimi nümayəndəliyinə gəlib, burada xalqımızın kədərini bölüşüb və kommunist rejiminin respublikamızda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pisləyən bəyanatla çıxış edib. Böyük liderin bu addımı xalqımıza güc verib, ona dayaq və dəstək olub. 
Belə bir gündə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) bir qrup fəal tələbələri, fakültə sədrləri də Qanlı Yanvar faciəsində həlak olanların əziz xatirəsini yad etmək məqsədi ilə Şəhidlər Xiyabanını ziyatət ediblər.
Allah bütün şəhidlərimizə rəhmət etsin və xalqımıza bir daha belə acı hadisələr yaşatmasın!

Bizimlə əlaqə

+994 12 493 54 57

adnsu-thik@atiahi.org

Azərbaycan, Bakı şəhəri, Azadlıq prospekti 16/21 (ADNSU, əsas tədris binası)

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo