ADNSU tələbələri dünya şöhrətli fotoqraf Rza Diqqətinin
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Energetika fakültəsi (EF) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşəbbüsü, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə bir qrup Energetika fakültəsi (EF) tələbəsi dünya şöhrətli fotoqraf Rza Diqqətinin "Xocalı soyqırımı" adlı tədbirində iştirak edib. Tədbirdə R.Diqqəti Xocalı hadisələrində çəkdiyi fotolardan, gözü ilə gördüklərindən, həm də bu hadisələri dünyaya necə çatdırdığından danışıb. 
Qeyd edək ki, XX əsrin ən qanlı faciəsi olan Xocalı soyqırımından 31 il ötür.
Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Bizimlə əlaqə

+994 12 493 54 57

adnsu-thik@atiahi.org

Azərbaycan, Bakı şəhəri, Azadlıq prospekti 16/21 (ADNSU, əsas tədris binası)

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo