“Heydər Əliyevin 100 illiyi”-nə həsr olunmuş tədbirlər silsiləsi çərçivəsində bir qrup tələbə Heydər Əliyev Mərkəzini ziyarət edib
ADNSU THİK-in təşkilatçılığı təşkil olunan “Heydər Əliyevin 100 illiyi”-nə həsr olunmuş tədbirlər silsiləsi davam edir.
18 mart tarixində İMF THİK-in təşəbbüsü ilə Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub. Ekskursiya zamanı tələbələrə Heydər Əliyevin həyatından, müxtəlif ölkələr tərəfindən təqdim olunan medallardan bəhs olunub, şəxsi avtomobilləri barədə məlumatlar verilib.