ADNSU-da “Ağıllı Qarabağı tanıyaq” layihəsi çərçivəsində gənclərlə görüş keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Ağıllı Qarabağı tanıyaq” layihəsi çərçivəsində gənclər üçün məlumatlandırma sessiyası keçirilib.

Azərbaycan Gənclər Fondu və “İrəli” İctimai Birliyinin dəstəyi, “ARB Media Qrup”un tərəfdaşlığı ilə baş tutan  çərçivəsində baş tutan tədbirdə dövlət qurumlarının nümayəndələri, media mənsubları və 100-ə yaxın gənc iştirak edib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev sessiya iştirakçılarını salamlayaraq, onları layihəyə seçilmələri münasibətilə təbrik edib. Bildirilib ki, universitet hər il mütəmadi qaydada bu və ya digər istiqamətlərdə həyata keçirilən tədbirlərə ev sahibliyi edir. Birliyin dəstəyi ilə baş tutan “Ağıllı Qarabağı tanıyaq” layihəsi də bu qəbildən olan tədbirlər sırasındadır. Hazırkı dövrdə ağıllı texnologiyalar haqqında maarifləndirmə tədbirlərinin olduqca önəmli olduğunu qeyd edən ADNSU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, Namiq Gəncəyev layihənin işində uğurlar arzu edib.s
“İrəli” İctimai Birliyinin Mətbuat katibi, layihə rəhbəri Arif Rəhimli “Ağıllı Qarabağı tanıyaq” layihəsi çərçivəsində məlumatlandırma sessiyasının Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilməsinə görə ali təhsil müəssisəsinin rəhbərliyinə öz təşəkkürünü bildirib. Diqqətə çatdırılıb ki, təşkilatın müxtəlif fəaliyyətlərində digər universitetlərlə yanaşı ADNSU-nun tələbələri də aktiv iştirak edir. “Ağıllı Qarabağı tanıyaq” layihəsi müddətində gənclərin bu sahədə yeni biliklər əldə edəcəyini vurğulayan Arif Rəhimli gəncləri sual-cavab bölməsində aktiv iştirak etməyə səsləyib. Həmçinin bildirilib ki, layihə çərçivəsində daha bir neçə ali təhsil müəssisəsində məlumatlandırma sessiyaları keçiriləcək.
Daha sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsinin əməkdaşı Elgün Vəliyev və İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin əməkdaşı Elnur İbrahimov təqdimatlarla çıxış ediblər. Sessiya müddətində “Ağıllı şəhər” və onun əsas komponentləri, bu sahədə dünya praktikası, “Ağıllı şəhər” və “Ağıllı kənd”lərin dayanıqlı inkişaf prosesində rolu, onun iqtisadi əhəmiyyəti haqqında geniş məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Tədbir gənclərin suallarının cavablandırılması ilə davam edib. Sonda məlumatlandırma sessiyasında iştirak edən gənclərə şəhadətnamələr təqdim olunub.
Qeyd edək ki, “Ağıllı Qarabağı tanıyaq” layihəsi Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələr Qrant Müsabiqəsi çərçivəsində keçirilir.
1611781680127385.jpg 211.34 KB

Bizimlə əlaqə

+994 12 493 54 57

adnsu-thik@atiahi.org

Azərbaycan, Bakı şəhəri, Azadlıq prospekti 16/21 (ADNSU, əsas tədris binası)

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo