8 noyabr Zəfər Günü
8 Noyabr - Zəfər Günü ilə bağlı Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində görüş keçirib. Görüşdə Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə çıxış edib. O, tədbir iştirakçılarına Respublika Komitəsinin sədri, millət vəkili Səttar Möhbalıyevin salamlarını çatdırıb. Qeyd edib ki, bir il öncə 44 günlük Vətən müharibəsi nəticəsində 30 illik həsrətə son qoyulub və Azərbaycanın işğal altında olan torpaqları azad edilib: “Mən ilk növbədə hər birinizi Azərbaycan Silahlı Qüvvələrinin işğalçı Ermənistan üzərindəki şanlı qələbəsi münasibətilə təbrik edirəm! Ali Baş Komandan, Prezident    İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən zəfər yürüşünə başladı. Hərbi əməliyyatlar nəticəsində Ermənistan ordusunu və onun uzun illər qurduğu istehkamları darmadağın etdi. Düşmən kapitulyasiya bəyanatını imzalamağa məcbur edildi”.

WhatsApp Image 2021-11-12 at 10.19.11.jpeg 230.62 KB

Tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin hazırladığı konsert proqramı ilə davam etdirildi.
WhatsApp Image 2021-11-12 at 10.19.10 (1).jpeg 203.06 KB

“N” saylı hərbi hissənin rəhbərliyi göstərilən diqqət və qayğıya görə Respublika Komitəsinə təşəkkürlərini bildirdilər.

Bizimlə əlaqə

+994 12 493 54 57

adnsu-thik@atiahi.org

Azərbaycan, Bakı şəhəri, Azadlıq prospekti 16/21 (ADNSU, əsas tədris binası)

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo