ADNSU-da 18 Oktyabr- Müstəqilliyin Bərpası Gününə həsr olunan tədbir keçirilib
Oktyabrın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 18 Oktyabr- Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə əklil qoyulub, xatirəsi dərin ehtiramla yad edilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu öndər Heydər Əliyevin və Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Sonra ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov iştirakçıları salamlayaraq müstəqilliyin tarixi əhəmiyyətindən və Azərbaycan xalqının keçdiyi çətin, lakin şərəfli müstəqillik yolundan danışıb. Müstəqil və suveren Azərbaycanın banisi Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini vurğulayan dosent Vazeh Əskərov ölkəmizin sürətlə inkişaf etdiyini, Azərbaycanın dünyada zəfər qazanmış qüdrətli ölkə kimi nümunə göstərildiyini deyib.

ADNSU-nun “Humanitar fənlər” kafedrasının dosenti Yaşar Əhmədov Azərbaycanın müstəqillik tarixinin siyasi proseslərindən, eləcə də müstəqilliyi şərtləndirən amillərdən və Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsindən danışıb.

Tədbir ADNSU-nun Gənclik mahnı və rəqs ansamblının və tələbələrin ifası ilə davam edib.

Bizimlə əlaqə

+994 12 493 54 57

adnsu-thik@atiahi.org

Azərbaycan, Bakı şəhəri, Azadlıq prospekti 16/21 (ADNSU, əsas tədris binası)

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo