ADNSU-da bədii yaradıcılıq müsabiqə-festivalına baxış müsabiqəsi keçirilib
Aprelin 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalına hazırlıq məqsədilə özfəaliyyət kollektivlərinə baxış müsabiqəsi keçirilib.

Tələbələrin çıxışlarını Xalq artistləri Gülyanaq Məmmədova, Samir Cəfərov, Əməkdar incəsənət xadimləri Baba Vəziroğlu, Əliqismət Lalayev, Hafiz Quliyev və digər incəsənət nümayəndələri qiymətləndiriblər.

ADNSU Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən konsertdə tələbələrin ifasında müxtəlif rəqs, musiqi nömrələri təqdim olunub, şeirlər səsləndirilib. Həmçinin universitetin “Gənclik” mahnı və rəqs ansamblı çıxış edib.

Qeyd edək ki, festival qaliblərinin yekun konserti mayın 6-da keçiriləcək.

Bizimlə əlaqə

+994 12 493 54 57

adnsu-thik@atiahi.org

Azərbaycan, Bakı şəhəri, Azadlıq prospekti 16/21 (ADNSU, əsas tədris binası)

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo