Dekabrın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi ilə bağlı tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov açılış nitqi ilə çıxış edib. ADNSU-da yaradılan keyfiyyətli təhsil imkanlarından danışan prorektor qarşıdan gələn yeni ildə hər kəsə uğurlar arzu edib.
Deputat Elşad Mirbəşir oğlu bayram tədbirində çıxış edərək ADNSU-nun yetişdirdiyi mühəndis kadrların ölkənin bir çox istehsalat sahələrində, o cümlədən neft sektorunun inkişafındakı uğurlu fəaliyyətlərindən danışıb. Tələbələri və universitetin professor-müəllim heyətini Həmrəylik Günü və Yeni ilin gəlişi münasibəti ilə təbrik edən millət vəkili gənclərə yeni ildə yeni-yeni uğurlar arzu edib.
Tədbir rəsmi hissədən sonra ADNSU-nun “Gənclik” mahnı və rəqs ansamblının, eləcə də tanınmış gənc musiqiçilərin ifasında konsert proqramı ilə davam edib.