ADNSU-da futzal çempionatının qalibləri mükafatlandırılıb
Aprelin 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) komandalararası daxili futzal turniri qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə həyata keçirilən turnirin mükafatlandırma mərasimində çıxış edən ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev qalib komandaları təbrik edərək onlara uğurlar arzu edib. Prorektor A.Babayev ADNSU-da tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün dərnəklərin fəaliyyət göstərdiyini qeyd edərək tələbələrin idman, rəqs, breyn rinq və digər sahələrdə bir çox uğurlara imza atdıqlarını bildirib. 
Turnir haqqında ümumi məlumat verən THİK-in sədri Namiq Gəncəyev iştirak edən 52 komandadan 3 komandanın qalib olduğunu deyib.
Sonda I, II və III yerin qalib komandaları və təşkilatçılar mükafatlandırılıb.

Bizimlə əlaqə

+994 12 493 54 57

adnsu-thik@atiahi.org

Azərbaycan, Bakı şəhəri, Azadlıq prospekti 16/21 (ADNSU, əsas tədris binası)

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo