ADNSU-da “Heydər Əliyev irsini öyrənək” adlı intellektual yarış keçirilib
Oktyabrın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU)”Heydər Əliyev ili”nə həsr olunmuş  “Heydər Əliyev irsini öyrənək”  adlı intellektual yarış keçirilib. 

ADNSU-nun Tərbiyə İşləri üzrə prorektoru, dosent Ata Babayev yarışdan öncə çıxış edərək Heydər Əliyev ili çərçivəsində universitetdə Ulu Öndərə həsr olunmuş bir sıra yarışlar, intellektual oyunlar və elmi konfrsnslar keçirildiyini qeyd edib. “Heydər Əliyev irsini öyrənək”  adlı intellektual yarışın gənclər üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan dosent A.Babayev iştirakçılara uğurlar arzu edib. 

Sonra Energetika fakültəsinin (EF) dekanı, dosent Aydın Əliyev və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Namiq Gəncəyev belə intellektual yarışların gənclərin asudə vaxtlarının səmərəli təşkili baxımından əhəmiyyətini qeyd ediblər, eyni zamanda gənclər arasında Ulu Öndərin 100 illiyi ərəfəsində təşkil olunan intellektual yarışın xüsusi önəm daşıdığını bildiriblər və yarış iştirakçılarına müvəffəqiyyətlər arzu ediblər. 

Energetika fakültəsinin I kurs tələbələrinin iştirak etdiyi intellektual yarışda 5 komanda iştirak edib. Heydər Əliyev irsinə aid suallardan ibarət olan və gərgin mübarizə şəraitində keçən intellektual yarışda “Xarıbülbül” komandası birinci yer tutub. Digər komandalar “Dəmir yumruq” II yer, “Zəfər” komandası isə III yerə layiq görülüb. 

Sonda qalib komandalar mükafatlandırılıb.

Bizimlə əlaqə

+994 12 493 54 57

adnsu-thik@atiahi.org

Azərbaycan, Bakı şəhəri, Azadlıq prospekti 16/21 (ADNSU, əsas tədris binası)

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo