ADNSU-da “Nə? Harada? Nə zaman?” sinxron liqasının qaliblərinin mükafatlandırma mərasimi keçirilib
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə həyata keçirilən və "Heydər Əliyevin 100 illiyi"-i tədbirlər planına daxil olan ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş universitetdaxili “Nə? Harada? Nə zaman?” sinxron liqasının qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Tədbiri açılış nitqi ilə açan ADNSU THİK sədri Namiq Gəncəyev ilk öncə sinxron liqada yer tutan tələbələri təbrik edib, daha sonra universitetimizdə bu sahə yönümlü görülən işlərə diqqət çəkib. 

Namiq Gəncəyev THİK-in və universitetin intellektual oyunlarla bağlı qarşıda duran planlarını tələbələrlə müzakirə edib, onların fikirlərin, təkliflərin dinləyib.

Sonda qalib tələbələr təşəkkürnamə, medal və kubokla təltif olunub.

Bizimlə əlaqə

+994 12 493 54 57

adnsu-thik@atiahi.org

Azərbaycan, Bakı şəhəri, Azadlıq prospekti 16/21 (ADNSU, əsas tədris binası)

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo