Aprelin 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) və "Qeyd - Sosial Maarifləndirmə" İctimai Birliyinin təşkilatçılığı ilə “Sən dəyiş, dünyan dəyişsin” adlı maarifləndirici seminar keçirilib.
“Sağlam düşüncə sağlam gənclik” layihəsi çərçivəsində keçirilən seminarı giriş sözü ilə açan THİK-in sədri Namiq Gəncəyev iştirakçıları salamlayaraq, tədbir haqqında məlumat verib.
Beynəlxalq Koçluq Federasiyasının Yaşam Koçu Xəyalə Həsənova özünü təqdimetmə, enerji frekansı, şüuraltının idarə edilməsi, empatiya və balansın idarə edilməsi və digər mövzularda geniş təqdimatla çıxış edib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.