Aprelin 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) 40-cı hesabat-seçki toplantısı keçirilib. Tədbirdə Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Namiq Gəncəyevin ötən dövr əzrində görülən işlər haqqında hesabatı dinlənilib. O, icra olunan işlər, hədəflər və perspektivlər haqqında iştirakçılara ətraflı məlumat verib. Toplantı iştirakçıları THİK-in fəaliyyətini yüksək qiymətləndiriblər. Təftiş komissiyasının sədri Sənan Hüseynovun təqdimatında komissiyasının hesabatı iştirakçıların diqqətinə çatdırılıb və Energetika fakültəsi THİK-nin sədri Əliş Şirinovun çıxışı dinlənilib.
Daha sonra toplantı iştirakçıları THİK-in sədrini, eyni zamanda yeni heyətini seçiblər. İştirakçıların yekdil qərarı ilə Namiq Gəncəyev THİK-in sədri seçilib.
ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov Tələbə Həmkarlar İttifaqı Komitəsinə və yeni seçilmiş sədr Namiq Gəncəyəvevə, təşkilatın yeni üzvlərinə uğurlar arzu edib.