Dekabrın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı və Neft-mexanika fakültəsinin (NMF) təşəbbüsü ilə fakültələrarası intellektual “Conversation club” yarışı keçirilib.
Yarışda ADNSU-nun ayrı-ayrı fakültələrindən olan tələbələr iştrak ediblər. İlkin mərhələdə 3 tur üzrə 9 komanda mübarizə apardıqdan sona hər turun qalib fakültəsi seçilib. 3 tur 15 sualdan ibarət olub. Hər tur üçün suallar asan, orta, çətin səviyyələrdə olmaqla bölüşdürülüb. 3 tur üzrə qalib fakültələr məlum olduqdan sonra sonuncu final turu keçirilib. 30 sualdan ibarət final turuna Qaz-neft-mədən fakültəsi (QNMF), SABAH qrupları, BA Proqramları vəsiqə qazanıb.
Final turunda sualların çətinlik səviyyəsi digər turlara nisbətən yüksək olub. Gərgin mübarizə şəraitində keçən intellektual yarışda SABAH qrupları I, QNMF II yeri tutub. III yeri isə BA Proqramlarının tələbələri qazanıb.
Yarışın sonunda qalib komandalara sertifikatlar verilib.