ADNSU-da THİK-in təşkilatçılığı ilə “Vaqif” dramı əsasında tamaşa nümayiş olunub
Noyabrın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı, Energetika fakültəsinin (EF) təşəbbüsü ilə Şuşa ilinə həsr olunan “Şuşa- Azərbaycanın döyünən ürəyi” adlı tədbir keçirilib.
Azərbaycanın Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Qarabağın azad olunması uğrunda gedən döyüşlərdə canını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.302007e1378ec55ffe27a0fa0e87c9d1.jpeg759.77 KBADNSU EF THİK-in fəal tələbələrinin səhnələşdirdiyi Səməd Vurğunun “Vaqif” dramı əsasında beş pərdəli tamaşa nümayiş olunub. Rollarda mühəndis texniki istiqamət üzrə təhsil alan tələbələr olmasına baxmayaraq, onlar böyük ruh yüksəkliyi ilə bir-birindən maraqlı və dinamik obrazlar ifa ediblər. Tamaşada tələbələrin yaratdığı obrazlar vasitəsilə o dövrün ictimai-siyasi prosesləri yüksək səviyydə canlandırılıb. Onların yüksək peşəkarlıqla ifa etdikləri tamaşa izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.