ADNSU-da ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Brain ring” çempionatının qalibləri müəyyən olunub
Mayın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Brain ring” intellektual yarışı keçirilib. Yarışda universitetin bütün fakültələrinin, o cümlədən BBA(MBA,ZU) proqramları, SABAH qrupları və UFAZ tələbələri iştirak ediblər.

Bir gün ərzində gərgin keçən bilik mübarizəsində ADNSU-nun İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsi birinci, UFAZ ikinci və İqtisadiyyat və Menecment fakültəsinin komandası isə üçüncü yeri qazanıblar. 

Qaliblər medal, Fəxri Fərman və kuboklarla mükafatlandırılıblar. Qalib komandanın üzvlərinə həmçinin kitablar hədiyyə edilib. 

Bizimlə əlaqə

+994 12 493 54 57

adnsu-thik@atiahi.org

Azərbaycan, Bakı şəhəri, Azadlıq prospekti 16/21 (ADNSU, əsas tədris binası)

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo