ADNSU-da Ulu öndərin 100 illiyinə həsr olunmuş tədbir keçirilib
İyulun 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Xalqa bağışlanmış ömür" adlı tədbir keçirilib.

Tədbirdə ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov Ulu öndərin fəaliyyəti haqqında çıxış edib. Daha sonra Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva, Yeni Azərbaycan Partiyasının Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov çıxış edib.

Sonda YAP Nəsimi Rayon Təşkilatının səmərəli fəaliyyətinə görə Rəşid Əliyev, Əliş Şirinov, Sənan Hüseynov, Məhəmməd Şiraliyev və Nərmin Hüseynova təşəkkürnamə və mükafatlarla təltif olunub.

Bizimlə əlaqə

+994 12 493 54 57

adnsu-thik@atiahi.org

Azərbaycan, Bakı şəhəri, Azadlıq prospekti 16/21 (ADNSU, əsas tədris binası)

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo