8 may tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə keçirilən və ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş futzal çempionatı qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Mükafatlandırma mərasimində ADNSU THİK sədri Namiq Gəncəyev, ADNSU idman klub sədri Sahəddin Əhmədov iştirak edib.
ADNSU THİK sədri Namiq Gəncəyev ilk öncə qalib komandaları təbrik edib, daha sonra universitetimizin futzal komandasının uğurlarından bəhs edib və qarşıda duran məsələləri vurğulayıb.
ADNSU idman klubu sədri Sahəddin Əhmədov da çıxışında komandaları qazandıqları qələbə münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra qalib komandalar və təşkilatçılar müvafiq olaraq diplom, sertifikat, təşəkkürnamə, medal və kubokla təltif ediliblər.
Qeyd edək ki, 25 aprel tarixindən 82 komanda ilə start götürən çempionat 4 mərhələli şəkildə davam etmişdir.