7 oktyabr tarixində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Biz Bir Ailəyik” Əlilliyi olan şəxslərə dəstək İctimai Birliyi, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı və Yeni Klinika ilə birgə “Əlilliyi olan şəxslərin mədəni istirahətinin təşkilinə və istedadlarının üzə çıxarılmasına dəstək” adlı inklüziv konsert proqramı təşkil edilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət edilib, əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
“Biz Bir Ailəyik” Əlillərə Dəstək İctimai Birliyinin sədri Günay Ağazadə, Milli Məclisin deputatı Vüqar İsgəndərov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları çıxış ediblər.
Tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin koordinatorları və bir qrup tələbə də iştirak ediblər.
Çıxışlardan sonra tədbir konsert proqramı ilə davam edib, mükafatlandırma mərasimi keçirilib.