ADNSU THİK-in məzun tələbələri mükafatlandırılıb
14 iyul tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) fəal tələbələrinin mükafatlandırılması mərasimi keçirilmişdir.

Tədbiri çıxış sözü ilə açan ADNSU THİK-in sədri Namiq Gəncəyev ilk öncə tələbələri salamlayıb, 2022-2023-cü tədris ili ərzində keçirilən tədbirlər, qazanılan uğurlar barəsində tədbir iştirakçılarını məlumatlandırıb.

Daha sonra universitetin təlim-tərbiyə işləri üzrə prorektoru Ata Babayev də tələbələri təbrik edib, qarşıya qoyulan məqsədlərdən danışıb.

Rəsmi hissədən sonra Neft-mexanika fakültə sədri Şiraliyev Məhəmməd, Energetika fakültə sədri Şirinov Əliş, İnformasiya texnologiyaları və idarəetmə fakültə sədri Əliyev Rəşid, İqtisadiyyat və menecment fakültə sədri Əliyev Tural, SABAH qrupları THİK sədri Kərimov Vüsal və rəqs ansamblı üzvü Mustafazadə Nərmin təltif olunub.

Təltif olunan tələbələrə göstərdikləri fəaliyyətə görə ADNSU THİK adından təşəkkür edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirik.

Bizimlə əlaqə

+994 12 493 54 57

adnsu-thik@atiahi.org

Azərbaycan, Bakı şəhəri, Azadlıq prospekti 16/21 (ADNSU, əsas tədris binası)

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo