Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş futzal çempionatının püşkatma mərasimi keçirilib
Aprelin 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə keçiriləcək və "Heydər Əliyevin 100 illiyi"-i tədbirlər planına daxil olan Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş futzal çempionatının püşkatma mərasimi keçirilib. Tədbir zamanı tələbələrin sualları cavablandırılıb, çempionat barədə ümumi məlumat verilib.
Qeyd edək ki, çempionat 25 aprel tarixindən 82 komanda ilə start götürəcək.